Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qoşunlarda yay tədris dövrü başlayıb
Qoşunlarda yay tədris dövrü başlayıb

2021-ci ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yay tədris dövrü başlayıb. Tədris dövrü üçün əsas məqsəd və vəzifələr, eləcə də onların icra qaydaları hərbi hissələrdə keçirilən tədbirlərdə diqqətə çatdırılıb.

Müdafiə Nazirliyindən Bizimyol.info-ya bildirilib ki, Ordumuzda tədris prosesi Ali Baş Komandanın tələblərinə, Müdafiə nazirinin əmr və sərəncamlarına müvafiq olaraq döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə quruda, dənizdə, havada real təhdid və risklər, o cümlədən Vətən müharibəsində qazanılmış döyüş təcrübəsi nəzərə alınmaqla keçiriləcək.

Yay tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrdə sıra baxışları keçirilib, maddi-tədris bazasının vəziyyəti yoxlanılıb.

Tədris dövrünün ilk günlərində bütün hərbi hissələrdə döyüş hazırlığı məşğələləri başlayıb.

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› Rusiya Dövlət Dumasına seçkilərlə bağlı ilkin məlumat
Son xəbərlər
Bütün xəbərlər »