Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir

Rusiya Baltikyanı ölkələrlə yaxşı yola getmir. Ayrı-ayrı vaxtlarda Litva və Latviya ilə ciddi fikir ayrılığı müşahidə edilib. Estoniya ilə böhran isə daha dərindir. Çünki keçmiş postsovet ölkəsi Rusiyadan tarixi torpaqlarını istəyir. Estoniya 81 il əvvəl imzalanmış Tartu müqaviləsinin şərtlərinə əməl olunmasını tələb edir. Bu isə Rusiyanın xoşuna gəlmir.

Bizimyol.info xəbər verir ki, Rusiya ilə Estoniya arasındakı böhran dərinləşməkdə davam edir. Kreml Tallinin Moskvadakı səfiri Marqus Laydreyə diplomatlardan birinin arzuolunmaz şəxs elan olunmasıyla bağlı notanı təqdim edib. Rusiya Xarici İşlər Nazirlyinin informasiya və çap departamentinin direktor vəzifəsini icra edən Aleksandr Bikantov bu haqda məlumat verib.

Rusiya bir növ Estoniyanın bir müddət əvvəl atdığı addıma cavab verir. İyulun ortalarında Baltikyanı ölkənin Xarici İşlər Nazirliyi Moskvanın buradakı səfiri Aleksandr Petrova oxşar nota təqdim etmişdi. Rus diplomatlardan biri arzuolunmaz şəxs elan olunmuşdu. İş orasındadır ki, diplomat qalmaqalının əsası Moskvada qoyulub. İyulda Estoniyanın Sankt-Peterburqadıkı konsulu həbs olunmuşdu. O, casusluqda ittiham edilmişdi. İttihama görə, konsul qapalı xarakterli materialları ələ keçirməyə çalışıb. Rusiya Xarici İşlər Nazirliyi təkzibolunmaz sübutlar əldə etdiyini açıqlamışdı.

Təbii ki, Estoniya ittihamı qəbul etməmişdi. Ölkənin Xarici İşlər naziri Eva-Mariya Liymets Kremlə qarşı konkret izah tələbini qoymuşdu. Nazir bildirmişdi ki, konsul yerli qanunvericiliyə zidd heç bir addım atmayıb, o, üzərinə düşən vəzifəni yerinə yetirib.

Bir neçə aydır Rusiya ilə Estoniyanın münasibətləri yenidən gərginləşib. Baltikyanı ölkə tarixi torpaqlarının geri qaytarılması tələbini zamanla gündəmə gətirir. Məsələ Kremli çox qıcıqlandırır. Rusiya hesab edir ki, Estoniyanın 1940-cı ildə SSRİ-nin tərkibinə keçməsi Tartu müqaviləsinin şərtlərini qüvvədən salır. Baltikyanı ölkə isə bu arqumenti qəbul etmək istəmir. Estoniya Rusiyanı beynəlxalq hüquq prinsiplərinə əməl etməyə çağırır.

Son xəbərlər
Bütün xəbərlər »