Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Milli Məclis qəti qərarlar verərək özünü təmizləyir"
"Milli Məclis qəti qərarlar verərək özünü təmizləyir"

"Deputat öz səlahiyyətini aşıb. Söyüb, döyüb. Kim deputata polisi döyməyə hüquq verib. Polis zabitini döymək bir yana, hələ bir deyəsənki, "Fəxr et , səni döyən Milli Məclisin deputatıdır”. Buna qiymət verilməlidir”.

Bizimyol.info-nun məlumatına görə, bu fikirləri parlamentin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı səsləndirib.

Fəzail Ağamalı Fəzail Ağamalı

“İndi hansısa qurumda kimisə tuturlar, bu, həmin qurumun adına yazılır? Hər bir şəxsin şəxsi məsuliyyəti var. Kimsə bu deputata görə əziyyət çəkməli deyil.Bu hadisə Milli Məclisin fəaliyyətinə kölgə sala bilməz. Tahir Kərimlinin dediklərini anlamıram. Bu cür emosional çıxışlara ehtiyac yoxdur. Milli Məclis bu cür hallarda qəti qərarlar verərək özünü təmizləyir. İnsanlar sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirəcəklər, nələrsə danışacaqlar, qoy danışsınlar. Biz Baş Prokurorluğun təqdimatına səs verməliyik.Kamran Əliyevin məsələyə obyektiv qiymət verəcəyinə əminəm".

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »