Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur Türk filminin çəkildiyi yer külə döndü - Foto
Məşhur Türk filminin çəkildiyi yer külə döndü - Foto

Türkiyədə davam edən yanğınlardan sonra “Mandıra Filozofu” filminin çəkildiyi Çökertme kendi külə çevrildi.

Bizimyol.info xəbər verir ki, aktyor Arda Esen “Alovlar” və “Mandıra Filozofu” filmlərinin çəkildiyi həmin ərazinin hazırkı vəziyyətinin şəkillərini “instagram” hesabında paylaşıb və bu görüntülərin onu çox kədərləndirdiyini bildirib.

"Hamımıza keçmiş olsun. “Mandıra Filozofu” filminə ev sahibliyi edən bənzərsiz gözəl Çökertme indi kül yığınına çevrilib. Cənnət idi, təəssüf ki, cəhənnəmə çevrildi. Sözlər faydasızdır. Zəng edib soruşan bütün dostlarımıza təşəkkürümüzü bildirmək istəyirəm ...” - deyə aktyor qeyd edib.

Qeyd edək ki, “Mandıra Filozofu” filmi 2013 ildə çəkilib və başrollarda Müfit Can Saçıntı, Rasim Öztekin, Ayda Aksel yer alıb.

Hazırladı: Leyla

Son xəbərlər
Bütün xəbərlər »