Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Məclisdə “kədərli” anlar…
Milli Məclisdə “kədərli” anlar…

Milli Məclisin bugünkü iclası lap “Kalambur” oldu. Tahir Kərimli deyir ki, deputatın yiyəsi yoxdur, polisin yiyəsi var...

Sahibə Qafarova da deyib ki, deputatın yiyəsi xalqdır. Ancaq yeri gələndə, deputatın özündən öz seçicilərinə yiyə durmaq lazım gəlir. Necə olur ki, minimum əməkhaqqı 250 manat olan xalq ayda 5000 alana yiyə durur?

Tahir Kərimli Tahir Kərimli

Ümumiyyətlə, ev heyvanlarının yiyəsi olur. Hansısa əşyanın sahibi olur. Deputatın, ya da polisin niyə yiyəsi olmalıdır? Sahibə Qafarova da səhv deyib: xalq deputatın yiyəsi deyil, hakimiyyətin mənbəyidir. Konstitusiyaya görə...

Tahir Kərimli qədər ikinci sentimental deputatı Azərbaycan xalqı görməyib. Bir zamanlar üstünə “nöyüt” töküb yandırırdı. Sonra ağlamağa başladı. Bir ara maaşının azlığından danışdı. Bu gün də, toxunulmazlığından məhrum olan həmkarı üçün kədərləndi.

Araya salıb, xidməti maşını olmadığını da kədərli notlarla qeyd elədi. Axırda isə “gül” vurdu. Polisin yiyəsi var, parlamentin yiyəsi yoxdur!

“Kalambur” sözünü Milli Məclisimizə aid edərkən, heç də fərəh hissi keçirmədim. Ən azından, Tahir Kərimli qədər kədərləndiyimə and içə bilərəm.

Deputatlarımızın tək biri yox, hamısı məyus görünür. Heç də toxunulmaz olmadıqlarını indi anlayırlar. Hiss edirlər ki, bir gün onlar da öz restoranlarında yeyib-içərkən, hansısa hadisə baş verə bilər.

Xüsusilə, parlamentin buraxılması məsələsi... Millət vəkilləri yaman həyəcanlanıblar.

Xalq isə onlardan üz döndərib. Bir çox deputatdan xalq xəbərsizdir. Üç-dörd nəfəri çıxmaqla, heç birini seçicilər tanımır. Tanınan deputatlar da əsasən mətbuata açıqlama verənlərdir. Yəni seçicilərlə deputatlar arasında böyük uçurum yaranıb.

Deputatın “yiyə”si xalqdırsa, xalq niyə öz deputatlarını tanımır? Bu uçurum getdikcə dərinləşir. Prezident də bunu görür, hiss edir.

Hər gün, səhər-axşam Prezidenti tərifləməklə deyil ki... Siz bu xalq üçün, seçiciləriniz üçün heç nə etməyəndə, hətta qapınıza gələnləri qovanda... Bir gün düşünməliydiniz ki, xalqın laqeydliyi, biganəliyi qəzəbindən betərdir.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Qadınların qeybə çəkildiyi, uşaqların ac dolaşdığı şəhər - Video
››› İlham Əliyevi İranla bağlı açıq danışmağa vadar edən səbəblər
››› “Bir möcüzə baş verə, ev qapımız döyülə...” – Şəhid övladlarının ata həsrəti
››› 20 qəpiklik maska 50 qəpiyə: Qayğı, yoxsa fürsət...
››› Dünya böhrandan geri dönür: Yeni qaydalarla yola davam...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kadırov seçkilərdə dünya rekordu qazanıb
Son xəbərlər
Bütün xəbərlər »