Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kim Çen Inın boynundakı bandaj gündəm oldu - Foto
Kim Çen Inın boynundakı bandaj gündəm oldu - Foto

Ötən il ciddi sağlamlıq problemi yaşayan və hətta "ölüb" deyiləcək qədər ictimaiyyət qarşısına çıxmayan Şimali Koreya lideri Kim Çen Inın yeni fotoları müzakirələrə səbəb olub.

Bizimyol.info xəbər verir ki, Şimali Koreya liderinin qatıldığı bir tədbirdə boynunda böyük bir bandajın olması beynəlxalq ictimaiyyətin, xüsusən də Cənubi Koreya mətbuatının gündəminə çevrilib.

Belə ki, Kim Çen Inın 24-27 iyul tarixlərində iştirak etdiyi bir hərbi tədbirdə çəkilmiş şəkillərdə boynunun sağ tərəfində bir sarğı olduğu və sonrakı fotolarda tünd yaşıl rəngli bir işarə diqqət çəkib. Lakin 29 iyulda çəkilmiş başqa bir fotoda isə bu iz də yox olub.

Cənubi Koreya mətbuatı Kim Çen Inın səhhətinin pisləşdiyini iddia etsə də, fotoşəkillərdəki sarğının və yaranın səbəbi ilə bağlı heç bir məlumatın olmadığını bildirib.

Kim Çen In Kim Çen In

Qeyd edək ki, Kim Çen Inin may ayında həddindən artıq kilo verməsini və uzun müddət ictamiyyət qarşısına çıxmamasını əsas göstərərək, ağır xəstələndiyi və əməliyyat olunduğu iddia edilirdi.

Hazırladı: Leyla

Son xəbərlər
Bütün xəbərlər »