Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Tibbi tullantılar yoldan keçən fəhlələr deyil, həkimlər vasitəsilə yığılmalıdır"
“Tibbi tullantılar yoldan keçən fəhlələr deyil, həkimlər vasitəsilə yığılmalıdır"

"Tibbi tullantıların ayrılması adətən xəstəxana daxilində gedir. Məsuliyyətimiz xəstəxanada tibbi tullantıları düzgün ayırmaqdır. Bu sahədə müəyyən problemlər var".

Qeyd edək ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva danışıb. O, bildirib ki, xəstəxanalarda kəsici-deşici alətlərin tullantıları risk daşıyır. Bu kimi tullantıların atılmasında deşilməyən plastik qablardan istifadə olunmalıdır. Amma ölkəmizdə tullantıların daşınmasında da ciddi problemlər var.

“Bu, xəstəxananın özünün daşıya biləcəyi yük deyil. Hər bir xəstəxananın özünün çıxardığı tullantıları utilaziya etməsi müəyyən problemlərə səbəb ola bilər” - deyə Yaqut Babayeva əlavə edib.

Ekoloq Vaqif Əliyevin sözlərinə görə, tibbi tullantılar səhiyyə müəssisələrindən qaynaqlanan insan və ətraf mühit üçün təhlükəli olan pataloji tullantılar, infeksion tullantılar və kəsici-dəlici maddələrədn əmələ gələn tullantılardır. Tibbi tullantılar, yüksək səvviyyədə risk daşıyan bir tullantı qrupudur. Bu tullantıların məhv edilməsi üçün 3 cür tullantı torbaları var. Bu torbaların sayəsində tullantıların risk səviyyəsi də müəyyən edilir. Və tullantılar çeşidinə görə məhv edilir.

Tibbi tullantılar dedikdə; iynələr, tibbi əlcəklər, cərrahi ləvazimatlar, cərrahi geyimlər və s. tibbi vasitələrin istifadəyə yararsız formaları nəzərdə tutulur.

Ekspert qeyd edir ki, qan nümunələrinin yer aldığı məhlul formasında olan tibbi tullantılar qan yolu ilə müxtəlif yoluxucu xəstəliklər Hepatit, AİDS və s. xəstəliklərin yayılmasına səbəb ola bilər. İnsan ifrazatı, hüceyrə nümunələri müxtəlif xəstəliklərə yol açdığı üçün tibbi tullantılar, xüsusi istehsal edilmiş tullantı torbaları vasitəsilə atılmalı və məhv edilməlidir:

“Tibbi tullantılar yoldan keçən fəhlələr vasitəsilə deyil, məhz həkimlər vasitsəilə xüsusi tullantı torbalarına yığılmalıdır. Çünki tibbi tullantılardan xəbərsiz olan şəxslər bunun necə utilizasiya edilməsindən də xəbərsiz olur. Tibbi tullantılar xəstəxanalar daxilində çeşidlənməli və məhv edilməlidir”.

Mütəxəssis qeyd edir ki, xəstəxanalarda tibbi tullantıların utilizasiya edilməsi üçün kifayət qədər şərait var:

“Tibbi tullantının insan həyatı üçün təhlükəli olduğunu həkimdən başqa kim bilə bilər? Heç kim! Ola bilsin ki, xəstəxanalarda digər ölkələrdə olduğu kimi xüsusi torbalar və ya plastik qablar olmasın. Bu da aidiyyatı rəhbər qurumun səlahiyyətində olan bir problemdir. Xəstəxanalar bu vasitələrlə təmin edilsə, heç utilizasiya problemi də olmaz. Bir düşünün COVID-19 xəstəsinin tibbi tullantılarının təhlükəsini xəstə ilə ünsiyyətdə olmuş həkim və ya tibb bacıları yaxşı bilə bilər, yoxsa hər hansı məişət tullantılar maşınında işləyən fəhlə? Tibbi tullantılar elə tibbi mütəxəssislər tərəfindən nəzərdə saxlanılmalı, utilizasiya edilməlidir”.

Ekspert həmçinin əlavə edib ki, tibbi tullantılar üçün xüsusi utilizasiya yerləri olmalıdır. Bu tullantılar adi məişət tullantıları ilə eyni əraziyə atılmamalıdır.

“Bəzən məişət tullantılarının atıldığı ərazilərdə uşaqlar, elə böyüklər də nəsə axtarır, dəmir yığır və satırlar. Tibbi tullantılar onların sağlamlığı üçün təhlükəlidir. Buna diqqət yetirmək lazımdır. Reallığa göz yummaq olmaz” - deyə V. Əliyev bildirib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »