Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı

Bu gün Milli Məclisdə Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi müzakirə olundu. Parlament 96 nəfər lehinə olmaqla Eldəniz Səlimovun toxunulmazlığının xitamına qərar verdi.

Bir qədər öncə Milli Məclisin deputatı Eldəniz Səlimov saxlanılıb. Onun bu gün Binəqədi Rayon Məhkəməsində hakim qarşısına çıxarılacağı bildirilib.

Məhkəmə E.Səlimov barəsinə həbs-qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxacaq.

Eldəniz Səlimov Eldəniz Səlimov

Eldəniz Səlimov Xaçmaz rayonunda polis zabitizaur Mirzəyevi döyərkən bildirib ki,”Sən sevin ki səni deputat döyür”. Əldə olan səsyazma və restorandan əldə edilmiş videogörüntülərə əsasən o polisin başına zərbələr endirib.Qarşı tərəf hətta buraxması üçün xahiş etsə belə sərxoş halda olan Eldəniz Səlimov rayonda ona heç kimin heç nə edə bilməyəcəyini söyləyib, vəzifəli şəxsləri söyüb.

Əldə etdiyimiz məlumata görə, bu Eldəniz Səlimovun ilk insidenti deyil. O 2019-cu ilin əvvəlində Şimali Kipr Türk Cümhuriyyətinə rəsmi səfər zamanı özü ilə qazaxıstanlı bir xanım aparıb və onunla rəsmi mərasimlərə,ziyafətlərə qatılıb. Bu barədə Kiprdən diplomatik kanallarımıza etiraz məktubu daxil olsa da, məsələ səssiz şəkildə müzakirə olunub.

Ötən ayın 3-də isə E.Səlimovun şirkət sahibi olan atası Adil Səlimovla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yaymışdı. Onun Onun Xaçmaz rayonunun Fərzəlioba kəndinidə xüsusi mülkiyyətdə olan təqribən 27 hektar sahədə "Qərb Ekol" şirkəti tərəfindən aqrobağ salınması məqsədilə müxtəlifcinsli ağac və kol bitkilərini kəsdirdiyi, təbiətə ümumilikdə 65 040 manat məbləğində ziyan vurduğu aşkarlanıb. Ziyanın məbləği cinayət tərkibi yaratdığından sənədlər Xaçmaz rayon prokurorluğuna göndərilib.

Eldəniz Səlimov polislə bağlı insidentə aydınlıq gətirərkən izləndiyini və təzyiqlərə məruz qaldığını bildirsə də, Baş Prokuror Kamran Əliyev bununla bağlı prokurorluğa hər hansı şikayət və ya məlumat daxil olmadığını bilıdirib.

İlhamə

Paylaş »
››› Qadınların qeybə çəkildiyi, uşaqların ac dolaşdığı şəhər - Video
››› İlham Əliyevi İranla bağlı açıq danışmağa vadar edən səbəblər
››› “Bir möcüzə baş verə, ev qapımız döyülə...” – Şəhid övladlarının ata həsrəti
››› 20 qəpiklik maska 50 qəpiyə: Qayğı, yoxsa fürsət...
››› Dünya böhrandan geri dönür: Yeni qaydalarla yola davam...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kadırov seçkilərdə dünya rekordu qazanıb
Son xəbərlər
Bütün xəbərlər »