Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
15 yaşlı qız atasını ürəyindən bıçaqladı
15 yaşlı qız atasını ürəyindən bıçaqladı

Kayseridə 15 yaşlı qız mübahisə etdiyi atasını ürəyindən bıçaqlayaraq öldürüb.

Bizimyol.info xəbər verir ki, Kocasinan rayonunun Beyazşehir bölgəsində yaşayan ailələrdən birində bilinməyən bir səbəbdən ata və qızı arasında mübahisə yaranıb. Mübahisə böyüyüb və 15 yaşlı qız bıçağı atasının ürəyinə sançıb.

Xəbəri alan təcili yardım və polis əməkdaşları hadisə yerinə gəliblər. Hadisə yerinə gələn tibb işçilərinin sözlərinə görə, onlar gələnə kimi kişi ürəyindən aldğı bıçaq zərbəsi ilə artıq həyatını itirmiş olub.

Cumaali C. -nin cansız cəsədi müayinə edildikdən sonra xəstəxananın meyitxanasına aparılıb.

Polis cinayətlə bağlı araşdırma başladıb.

Hazırladı: Leyla

Son xəbərlər
Bütün xəbərlər »