Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elm adamları beynin sirlərini açmaq üzrədir
Elm adamları beynin sirlərini açmaq üzrədir

Çin Elm və Texnologiya Universitetindən olan bir qrup alim, meymun beyninin çox detallı üç ölçülü xəritəsini yaratmağı bacarıb.

Bizimyol.info xəbər verir ki, mütəxəssislər, həmin üç ölçülü şəkillərin insan beyninin də sirlərini açacağını ümid edirlər. Bu səbəbdən də meymun beynindəki bütün neyronların və quruluşların vizualizasiyasını təmin edən mütəxəssislər araşdırmalarına davam etmək qərarına gəliblər. Hətta elm adamları, bu görüntülərin aydın bir təhlili ilə “Parkinson” kimi xəstəliklərə qarşı mübarizənin gücləndiriləcəyini söyləyirlər.

İnsan beynindən kiçik olsa da, struktur mürəkkəbliyinə və zehni funksiyasına görə insan beyninə çox bənzəyən meymun beynini çox detallı şəkildə görüntüləyən elm adamları, meymun beyninin öyrənilməyəcək qədər böyük olduğunu, süni zəkadan istifadə edəcəklərini açıqlayıblar.

Mütəxəssislər bunun böyük bir uğur olduğunu vurğulayaraq, meymun beyninin xəritəsinin və görüntüsünün dörd gündən az bir müddətdə çəkildiyini və hətta bu vaxtın çox qısa olduğunu söyləyiblər.

Hazırladı: Leyla

Son xəbərlər
Bütün xəbərlər »