Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pulunu ala bilməyən işçi binanı sökməyə çalışdı – Video
Pulunu ala bilməyən işçi binanı sökməyə çalışdı – Video

Almaniyada pulunu ala bilməyən 47 yaşlı podratçı, inşasında iştirak etdiyi binanı iş maşını ilə sökməyə çalışıb.

Bizimyol.info xəbər verir ki, alman mediasının yaydığı məlumata görə, podratçı işəgötürəndən 60 min Avro ala bilmədiyi üçün qəzəblənərək bu yola əl atıb.

Qəzəbli adam əvvəlcə hadisə yerindən qaçıb daha sonra polisə təslim olub. Hadisədən sonra araşdırma başlayıb və bu zaman məlum olub ki, binada mənzillərin çoxu və hətta qarajlar da zədələnib. Ümumi olaraq isə binaya 500 min avro ziyan dəyib.

Qeyd edək ki, hadisəni törədən şəxs ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Leyla

Son xəbərlər
Bütün xəbərlər »