Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı yanğınsöndürənlər Türkiyə mediasında - Video
Azərbaycanlı yanğınsöndürənlər Türkiyə mediasında - Video

Muğlanın Marmaris bölgəsindəki meşə yanğınları səbəbi ilə Azərbaycandan gedən xilasetmə qruplarının Türk bayrağına olan hörmət və həssaslığını türk mediasında gündəmə çevrilib.

Bizimyol.info xəbər verir ki, Hisarönü bölgəsində çalışan azərbaycanlı yanğınsöndürənlərin evlərin həyətindən asılan Türkiyə bayraqlarına qarşı həssaslığı diqqət çəkib. Belə ki, yanğınsöndürənlər Türkiyə bayraqlarının yanmaması üçün onları bir-bir toplayıb, qoruma altına alıblar.

Türkiyə və Azərbaycan bayraqları Türkiyə və Azərbaycan bayraqları

Azərbaycan yanğınsöndürmə briqadasının komandiri Kamil Dünyamalıyev Anadolu Agentliyinə (AA) açıqlaması zamanı Türkiyəni çox sevdiyini və baş verən meşə yanğınlarının onu çox kədərləndirdiyini bildirib.

"Türkiyə bizim qardaşımızdır. Azərbaycan və Türkiyə hər zaman qardaş olacaq. Son günə qədər Türkiyənin yanındayıq. Bir meşə yanğını söndürmək üçün Marmarisə gəldik. Ev yanırdı, evin içərisinə girdim və gördüm ki, heç kim yoxdur. Türkiyə bayrağını gördüm və götürdüm. Bayraq bizim üçün çox vacibdir. "

Yanğınsöndürənlərdən digəri Nail Qailov isə açıqlaması zamanı bildirib ki, bayraq bizim hər şeyimizdir. Yanmasına icazə verməyəcəyik.

“Türk xalqını sevirik və həmişə yanındayıq. Azərbaycan hər zaman Türkiyənin yanında olacaq",- deyə bildirib.

Qeyd edək ki, hazırda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 100 əməkdaşı Türkiyədə meşə yanğınlarının söndürülməsində dəstək verir.

Azərbaycanlı yanğınsöndürənlərin alovlarla mübarizəsi həm həmkarları, həm də türk xalqı tərəfindən yüksək qiymətləndirilir.

Hazırladı: Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »