Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Tik-tok” fenomeni gözündən vurularaq öldürüldü
“Tik-tok” fenomeni gözündən vurularaq öldürüldü

28 iyul axşam saat 23: 45 radələrində Toskana küçəsindəki The Crossing kinoteatrında iki gəncə silahlı hücumun edilib.

Bizimyol.info xəbər verir ki, hücum əsnasında bir kişi və bir gənc qız yaralanıb. Xəstəxanaya aparılaraq, reanimasiya şöbəsinə yerləşdirilsələr də, onların həyatını xilas etmək mümkün olmayıb.

ABŞ polisi qurbanların kimliyini açıqlayıb və məlum olub ki, 18 yaşlı qız Rylee Goodrich, gözündən vurulan şəxs isə “Tik-Tok” fenomeni və 1 milyondan çox izləyicisi olan Entoni Barajasdır.

Polis bildirib ki, hücumu həyata keçirən Joseph Jimenez adlı şəxsdir. Onun məşhur fenomeni və gənc qızı tanıyıb-tanımadığına dair heç bir məlumat yoxdur.

Hazırladı: Leyla

Son xəbərlər
Bütün xəbərlər »