Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün Milli Məclisdə Eldəniz Səlimovun məsələsinə baxılacaq
Bu gün Milli Məclisdə Eldəniz Səlimovun məsələsinə baxılacaq

Bu gün Milli Məclisdə Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi müzakirə olunacaq

Bu gün Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək. Gündəliyə deputat Eldəniz Səlimovun toxunulmazlığına baxılması məsələsi daxil edilib.

Qeyd edək ki, dünən MM İntizam Komissiyasının iclasda Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” Milli Məclisə təqdimatına baxılıb.

İntizam komissiyası Milli Məclisinin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında rəy qəbul edib və məsələ parlamentin bu gün keçiriləcək iclasına tövsiyə olunub.

Eldəniz Səlimov Xaçmaz rayonunda polis əməkdaşı Zaur Mirzəyevi döymək və təhqir etməklə gündəmə gəlmişdi.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Milli Məclisin Sədri Milli Məclisin deputatı haqqında təqdimatı əvvəlcə Milli Məclisin İntizam komissiyasına göndərir. İntizam komissiyası təqdimata baxaraq Milli Məclisin deputatının toxunulmazlığına xitam verilib-verilməməsi barədə rəy qəbul edir. Milli Məclisin qərarı 63 səs çoxluğu ilə qəbul edilir.

Dünən Eldəniz Səlimov üzvü olduğu Yeni Azərbaycan Partiyasından da (YAP) xaric edilib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »