Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Məclis deputatın toxunulmazlığına xitam verilməsini müzakirə edəcək
Milli Məclis deputatın toxunulmazlığına xitam verilməsini müzakirə edəcək

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclası keçiriləcək.

Bizimyol.info xəbər verir ki, iclasda Milli Məclisinin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi məsələsi müzakirə ediləcək.

Qeyd edək ki, iyulun 31-də Milli Məclisinin sədri Sahibə Qafarova Milli Məclisin 53 deputatının tələbi ilə 2021-ci il avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb. Növbədənkənar sessiyanın gündəliyinə “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” məsələ daxil edilib.

Parlamentin İntizam komissiyası 2 avqust tarixli iclasında təqdimata baxaraq Milli Məclisin deputatının Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi barədə rəy qəbul edib.

Xatırladaq ki, iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında deputat Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Toplanmış material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

Son xəbərlər
Bütün xəbərlər »