Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub

Tokio-2020 Yay Olimpiya Oyunlarında boks turnirinin təşkilatçıları Fransanı təmsil edən və qalmaqal yaradan azərbaycanlı boksçu Murad Əliyev üçün polisə müraciət edib.

"Report" xəbər verir ki, bu barədə TASS-a Fransa komandasının üzvü məlumat verib.

Onun sözlərinə görə, təşkilatçılar polisə zəng vurduqdan sonra arenanı tərk etmək qərarına gəliblər: "Buna ehtiyac yox idi. Turnirin nəzarətçisi bizə hakimin səhv etdiyini söylədi. Amma artıq heç nəyi dəyişmək mümkün deyil".

Qeyd edək ki, 91 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Murad Əliyev Böyük Britaniya təmsilçisi Freyzer Klarka 1/4 final görüşündə uduzduqdan sonra rinqi tərk etmək istəməyib. Referi onun döyüş vaxtı Klarka kəllə atdığını və nəticədə rəqibinin başından qan açıldığını bildirib. Bu səbəbdən, Fransa təmsilçisi cəzalandırılaraq, məğlub elan edilib. Lakin Əliyev rinqdən uzaqlaşmayıb və nümayişkənarə hərəkətlərə əl atıb. O, narazılıq bildirib, söyüş söyüb və qeyri-etik jestlər göstərib.

Son xəbərlər
Bütün xəbərlər »