Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnsan olmaq, insan qalmaq
İnsan olmaq, insan qalmaq

Texnologiya və internetin sürətli inkişafı insan həyatında çox ciddi dəyişikliklərə yol açdı Gətirdiyi müsbət məqamlarla yanaşı, sürət əsri insan həyatına mənəvi zərbələr də gətirdi . Zamanı daha sürətlə yaşamağa başladıq və duyğularımız da zamanla daha sürətlə xərcləndi. Zaman bizi daha hırslı, daha zalım, daha duyarsız etdi. İnternet xəbərləri ilə dünyada baş verən ölümlər, tökülən qanlarla bağlı xəbərlərə qulağımız alışdı, artıq bir nəfərin deyil, 10 nəfərin deyil, yüzlərlə insanın ölüm xəbərləri sensasiya yaratdı, bir azcıq qaşımızı qaldırmağa səbəb oldu. Amma yalnız bu qədər. Xəbəri oxuyub 3 dəqiqə ofladıqdan sonra yenidən öz dünyamıza qayıdıb malk, mülk savaşına başladıq. Dünya iqtisadiyyatını və siyasətini yönləndirən müəyyən güclər müharibələri qarşı qarşıya deyil, ayaqları altında əzə biləcəkləri üçüncü dövlətlərin sahəsində aparırlar. Fillər döyüşdükcə qarışqalar əzilir, çəmənlər məhv olur.

Zamanmı insanın mənəviyyatını bu qədər zəif saldı yoxsa iqtisadi maraqlarmı?İqtisadi maraqlar uğruna məqsədinə çatmaq üçün birilərinin belindən pilləkan kimi istifadə edib yüksəlməyi insan hər zaman bilirdi. Məhz buna görə tanrı yer üzərinə insanlar üçün hərəkət planı olan dini kitabları göndərdi, halalı haramı göstərdi .Göndərdi, amma insana bu da yetmədi. Çoxu onu istədiyi kimi anladı, əlində gücləri olan onu öz mənfəəti üçün istifadə edərək bundan da qazandı. Din xalqlar insanlar arasında ayrım salmaq, o müsəlman, bu xristiyan, o şiə ,bu sünni demək üçün yardılmadı, yaradan hər kəsi insan olaraq göndərdi dünyaya . Müəslmanı Allah yaratdı, xsirtian torpadanmı bitdi sanki...

Yəni insanın insana dəyər verə bilməsi üçün, illah da ki, yer üzü başqa planetlərdən gələn varlıqların işğalınamı məruz qalmalıdır. İnsan yalnız o zamanmı anlayacaq göylərdən gələn bu bəlaya kimin erməni kimin azərbaycanı , kimin yəhudi, kimin iranlı, kimin müsəlman və ya xristiyan olmasının önəmli olmadığı .O səni yaradılış etibari ilə İnsan olaraq görür? Və öz qardaşına belə amansızca yanaşıb özü -özünü məhvə sürükləyən insan kimi. Bəlkə bu üzdən göylərdən bəla gəlməsinə gərək qalmadı. İnsan özü -özünə yetir çünki.

Sonu bilinməyən kainatda bir tək insanın var olması çox böyük məsafə itkisi olardu. Və həmin o sonu bilinməyən kainatda biz də digər daha güclü varlıqlar və yaradan üçün qarışqalr qədər kiçik deyilmiyik? O zaman nəyin davasını edirik? Bir ideologiya uğruna, bir çirkin siyasət uğruna milyonların qurban verilməsinə dəyərmi? Onları da keçdim, futbol sahələrində bir oyun uğrunda azarkeşlərin bir-birinin qanına susaması, bir oyun uğrunda cana qıyılması - o can ki kəsilib atılan bir telini, bir dırnağını yenidən yaratmağa acizik. Nə nankordur insan.

“Baxın, nə gözəl yaratmış, bu çəməni, bir tək bu ağacın içində kim bilir nə qədər canlı özünə yuva qurub. Hələ suyu demirəm. Yer üzündə ən çox ehtiyac duyduğumuz bir nemət hər kəsə bərabər şəkildə paylanıb, ətri yox, qoxusu yox , ayaqlar altındadır, qızıla-brilyanta önəm veririk, amma ən dəyərli nemətdir su, torpaq ayaqlarım altına sərilib. Mənə bu qədər nemətləri verərək lütf etmiş , mərhəmətli yaradanı yaradanım olduğu üçün, gönədrdiyi bütün dini kitablarında “öldür” yox, “sev, anla, dərk et, kamil ol” dediyi üşün sevirəm. Birisini sevərkən xarakterinə görə sevirik, adına dörə deyil. Mən sənin huyunu, suyunu sevsəm, adının nə olduğunun heç önəmi olarmı mənim üçün? Mən yaradanı Allah olaraq da sevirəm, Tanrı olaraq da, Yahova kimi də, daha adını bilmədiyim yüzlərlə ad kimi də. Çünki sevdiyim adı deyil, özüdür.

Yehova şagirdlərinin təlqininə görə, kim olursa, olsun yaradanın qulları bir-birinin qanını tökməməlidir deyir, müharibələrə, savaşalara qarşı çıxırlar. Bu dini cərəyan əlbəttə siyasət dünyasında qəbul edilə bilməz, silah satıb sonra da müharibə alovlandıran qoşun çəkən dövlətinin ordusunda döyüşməyi günah bilən bir əsgər nə qədər faydalı ola bilər ki. Amma dünyaya sırınmış “yalançı İslam”a, PKK-nın Atəş balalarına, İŞİD-ə bir də bir xristianın gözü ilə baxaq - “Allahu əkbər” deyib baş kəsən, adı müsəlman, özü şeytan olan, əslində kimə qulluq etdiklərini özləri belə anlamayan vəhşilər ilanı seyyid Əhmədin əli ilə tutmaq istəyən şeytani qüvvələrə lazımdı. İçində yaradanına sevgi olan yaşatmaq üçün yaşayar, yandırmaq, məhv etmək üçün yox.Bu gün canımız Türkiyədə yandırılan meşələrdə bəlkə milyonlarla canlı məhv olub. Quşlar, böcəklər,heyvanlar... Bu günə qədər bir heyvan insanın yuvasına qəsd etmədi, sürüylə toplanıb, “insanları məhv edək” düşüncəsində olmadı. Üstümüzə düşən tək vəzifə dünyay insan gəlib, insan getməkdir. İnsan qalmaqdır. Onu da həmişə bacarmırıq.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »