Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Xaricdən və bir mərkəzdən təşkil olunan sözdə yardım kampaniyası dövlətimizi aciz göstərmək məqsədilə başladılıb” - F. Altun
“Xaricdən və bir mərkəzdən təşkil olunan sözdə yardım kampaniyası dövlətimizi aciz göstərmək məqsədilə başladılıb” - F. Altun

“Ölkə xaricindən və bir mərkəzdən təşkil olanan sözdə yardım kampaniyası ideoloji motivlərlə dövlətimizi aciz göstərmək və dövlət-millət birliyimizi zəiflətmək məqsədilə başladılıb”.

Bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun öz “Twitter” hesabında yazıb.

“Ölkəmizi cənginə alan meşə yanğınlarına qarşı dövlətimizin bütün imkanları səfərbər edilərək mübarizəmiz davam edir. 35 əyalətdə 129 yanğından 122-si nəzarət altına alınıb.

Xoş niyyətli hər yardım və tövhə milli birliyimizin gərəyidir. Ancaq axşamdan etibarən ölkə xaricindən və bir mərkəzdən təşkil olanan sözdə yardım kampaniyası ideoloji motivlərlə dövlətimizi aciz göstərmək və dövlət-millət birliyimizi zəiflətmək məqsədilə başladılıb.

Hazırda sosial platformalarda, anlıq mesajlaşma qruplarında, forumlarda yayılan məlumatların böyük əksəriyyəti yalandır. Belə bir təbii fəlakət vəziyyətində yalan məlumat yayanların tələsinə düşməyək. Yalnız rəsmi qurumların açıqlamalarına etimad edək.

Türkiyəmiz güclüdür. Dövlətimiz dimdik ayaqdadır. Prezidentimizin dediyi kimi, itirdiyimiz həyatlar istisna olmaqla bütün itkilərimizi kompensasiya edəcəyik və içimizi yandıran bu odu söndürəcəyik”, - deyə F.Altun bildirib.

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »