Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uşaq hərəkətdə olan avtomobildən yerə yıxıldı - Video
Uşaq hərəkətdə olan avtomobildən yerə yıxıldı - Video

Meksikada avtomobildən yıxılan uşaq ölümdən geri döndü.

Bizimyol.info xəbər verir ki, ailəsi ilə birlikdə istirahətdən qayıdan balaca oğlan, avtomobilin arxa qapısının açılması nəticəsində yola yıxılıb. Uşağın maşından yıxıldığını görən ailə bir neşə metr aralıda maşını saxlayıb və uşağı götürmək üçün maşından eniblər. Bu zaman körpə yıxılıdğı yerdən qalxaraq, maşına doğru qaçmağa başlayıb. Arxadan gələn maşının bunu zamanında görməsi böyük faciənin qarşısını alıb.

Maşının qapısının hansı səbəbdən açıldığı isə məlum deyil.

Hadisə təhlükəsizlik kameralarına əks olunub və bu görüntülər sosial medianın gündəm mövzusuna çevrilib. Sosial media istifadəçiləri uşağın təhlükəsizlik kəmərinin taxılmamasına diqqət çəkərək arxa oturacaqda təhlükəsizlik kəmərindən istifadə etməyin vacibliyini vurğulayıblar.

Leyla

Son xəbərlər
Bütün xəbərlər »