Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qızıl medaldan daha çox qardaşlarıma nümunə olmaq mənim üçün daha vacibdir”
“Qızıl medaldan daha çox qardaşlarıma nümunə olmaq mənim üçün daha vacibdir”

Ox atmada tarixi müvəffəqiyyət əldə edən və Tokio Olimpiadasında qızıl medal qazanan Mete Gazoz Türkiyəyə qayıdıb.

Bizimyol.info xəbər verir ki, Gənclər və İdman Nazirliyi rəsmiləri, Olimpiya komitəsi rəsmiləri və federasiya nümayəndələri səhər saatlarında hava limanına gələrək Mete Gazozu qarşılayıblar.

Hava limanındakı izdihamı görən Mete gələn insanlara təşəkkürlərini bildirib və bir neçə cümlə ilə uğuru barədə danışıb:

“Medal boynumda ola bilər, amma mən bu medalı tək qazanmamışam. Biz, Türk Oxçuluk Milli Komandası olaraq, tariximizin ilk medalını iki gün əvvəl aldıq və bu medal “Qızıl medal” oldu. Arxamdakı hər kəsə dəstəyə görə təşəkkür edirəm. Bu uğuru əldə etmək üçün lazım olan hər şeyi etdik. Bəlkə də çox məşq etdik. Çox qurban verdik.

Çox xoşbəxtəm və qürur duyuram. Əlbəttə ki, bu qızıl medal üçün 5 il ərzində inanılmaz bir səy göstərdik. Növbəti Olimpiada 3 ildən sonra olacaq və oraya qızıl medallı komanda olaraq hazırlaşacağıq. Bu dəfə 2 nəfər deyil, 3 kişi və 3 qadından ibarət bir komanda ilə iştirak etmək istəyirik.

Gənc dostlarıma onu məsləhət verə bilərəm ki, təlimləri təxirə salmasınlar, imtina etməsinlər. Hər kəs çempion ola bilər, niyə də olmasın? Mən çox xoşbəxtəm. Boynumdakı qızıl medaldan daha çox kiçik qardaşlarıma nümunə olmaq mənim üçün daha vacibdir”,- deyə bildirib.

Tərcümə etdi: Leyla

Paylaş »
››› Türkiyədə dolların məzənnəsi rekord həddə yüksəldi
››› Qarında artıq yağ qatlarından necə qurtulmaq olar...
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib
››› Səfəvi səfillər
››› Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”
››› Fəaliyyətinə icazə verilən qapalı məkanlara yalnız COVID pasportu olanlar buraxılacaq
Son xəbərlər
Bütün xəbərlər »