Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yanğın bölgəsinə gedən Haluk Levent yardım göndərənlərə xəbərdarlıq etdi
Yanğın bölgəsinə gedən Haluk Levent yardım göndərənlərə xəbərdarlıq etdi

AHBAP dərnəyinin qurucusu Haluk Levent, yanğınların davam etdiyi Bodruma gedib və bölgədəki yardım işlərinə qatılıb.

Bizimyol.info xəbər verir ki, yanğın yerindən son məlumatları sosial media hesabında paylaşan Levent göndərilən yardımlarla əlaqədar vətəndaşlara xəbərdarlıq edib və həddindən artıq göndərilən yardımın heç bir faydasının olmadığını söyləyib.

"Yük maşınlarına yemək və içki qoyub yanğın sahələrinə gətirənlər var. Bilirik ki, həmin insanlar yaxşı duyğularla gəlirlər. Amma xahiş edirəm bunu etməyin. Sistemsiz kömək sistemi çökdürür",- deyə Levent bildirib.

Bundan əlavə olaraq o, yanğınla bağlı məlumat verərək bildirib ki, Çökertme, Bozalan, Mazı, Ören, Gökbel bölgələrində vəziyyət heç də yaxşı deyil.

Tərcümə etdi : Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »