Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarus idmançısı tənqidə görə vətəninə qayıtmaq istəmir, məcbur edirlər
Belarus idmançısı tənqidə görə vətəninə qayıtmaq istəmir, məcbur edirlər

Tokio Yay Olimpiya Oyunlarında böyük qalmaqal yaranıb. Belarus idmançısı Kristina Timanovskaya ölkəsinin olimpiadaya pis hazırlaşdığını, şəxsən özünün zəif təlim-məşq prosesi keçdiyini dediyinə, İdman Nazirliyini tənqid etdiyinə görə milli komandadan uzaqlaşdırılıb. Bundan sonra onu məcbur vətənə qaytarmaq istəyiblər, Tokio hava limanına gətiriblər. Timanovskaya hay-küy salıb.

Bizimyol.info xəbər verir ki, işə Tokio polisi qarışıb. Belarusun nümayəndə heyətinin rəhbərliyi atleti Minskə göndərə bilməyib. Məsələyə Avropa İttifaqı reaksiya verib. Təşkilat Timanovskayaya siyasi sığınacaq verilməsinin müzakirəyə çıxarıldığını bildirib. Hərçənd, Avropanın bir çox ölkələri artıq hərəkətə keçib. Çexiya atletə viza verməyə hazır olduğunu açıqlayıb. Bundan başqa, Timanovskaya Avropa ölkəsinin Tokiodakı səfirliyinə sığına bilər. Polşa da atleti qəbul etməyə hazır olduğunu bəyan edib. Ölkənin Xarici İşlər Nazirinin müavini Pavel Yablonski onunla əlaqə saxlamağa çalışdıqlarını açıqlayıb. Timanovskaya arzu edərsə, birbaşa Polşaya yollana bilər.

Belarus idmançısı ilə bağlı məsələni hamıdan əvvəl İdman Həmrəyliyi Fondu ictimailəşdirmişdi. Onun Minskə məcbur göndərmək cəhdindən bəhs olunmuşdu. Yaponiya polisi işə qarışaraq, idmançını təhlükəsiz yerə aparmağı bacarmışdı.

Timanovskaya Tokioda 200 metrə qaçış yarışlarında iştirak etməyə hazırlaşırdı. Amma son anda Belarus İdman Komitəsi onun mübarizəyə qoşulmayacağını açıqlamışdı. Timanovskayanın yalnız 4 idmançının iştirak etdiyi 400 metrə komanda şəklində qaçış yarışında iştirak edəcəyi bildirilmişdi. Belarus İdman Komitəsi qərarını idmançının emosional-psixoloji vəziyyətinin qaydasında olmamasıyla əlaqələndirmişdi. İdman Həmrəyliyi Fondu isə komitənin Timanovskayanın tənqidini həzm etmək istəmədiyini qeyd edib. İdmançını cəzalandırmaq qərarına gəliblər, buna görə də təcili Minskə göndərilirmiş.

Timanovskayanı artıq vətəndə satqın çıxarmağa imkan tapıblar. Onun ünvanına tənqidlər səslənir. Belarus parlamentinin üzvü Vitali Utkin idmançının vətənə xəyanət etdiyini, ləyaqətli davranmadığını deyib.

Timanovskaya Avropa oyunlarının gümüş mükafatçısıdı. Atlet universiada qalib olmağı da bacarıb.

Son xəbərlər
Bütün xəbərlər »