Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın yeni parlamentində ilk qarşıdurma
Ermənistanın yeni parlamentində ilk qarşıdurma

Ermənistanın yeni seçilmiı parlamentində ilk qarşıdurma yaşanıb. Mübahisəyə "Hayastan" ("Ermənistan") blokunun həbsdə olan deputatları Mkhitar Zakaryan və Artur Sarkisyanın bağlı səsləndirilən məsələ səbəb olub.

Bizimyol.info xəbər verir ki, "sputnikarmeniya"nın verdiyi məlumata görə, "Hayastan" blokunun nümayəndələri qeyd ediblər ki, iki millət vəkilinin olmadığı halda (həbsdə olduqlarına görə) parlament rəhbərliyi seçə bilməz. Bundan əlavə, qanunverici orqanın qərarı olmadan deputat həbs oluna bilməz.

Parlament çoxluğunu qazanmış Vətəndaş Müqaviləsi Partiyasının nümayəndəsi Vladimir Vardanyan isə həbs qərarının seçkidən əvvəl verildiyini və hazırki vəziyyətlə əlaqəli olmadığını bildirib.

Deputatlar qarşılıqlı iddialar irəli sürməyə başladılar. Görüşün aparıcısı Knyaz Həsənovun içlası davam etdirmək cəhdləri uğursuz oldu. Müxalif deputatlar əlləri ilə masaya vuraraq içlasın keçirilməsinə mane olublar.

Sonda "Hayastan" blokundan olan deputatlar 20 dəqiqəlik fasilə tələb etdilər və Həsənov bununla razılaşdı.

Xatırladaq ki, Meghri və Sisianın keçmiş başçıları Mkhitar Zakaryan və Artur Sarkisyan dövlət vəsaitlərini mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunurlar.

Paylaş »
››› Qadınların qeybə çəkildiyi, uşaqların ac dolaşdığı şəhər - Video
››› İlham Əliyevi İranla bağlı açıq danışmağa vadar edən səbəblər
››› “Bir möcüzə baş verə, ev qapımız döyülə...” – Şəhid övladlarının ata həsrəti
››› 20 qəpiklik maska 50 qəpiyə: Qayğı, yoxsa fürsət...
››› Dünya böhrandan geri dönür: Yeni qaydalarla yola davam...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kadırov seçkilərdə dünya rekordu qazanıb
Son xəbərlər
Bütün xəbərlər »