Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...

Son 5 gündə Türkiyədə 107 yerdə meşə yanğını qeydə alınıb. Yanğın nəticəsində 6 nəfər həyatını itirib.

Türkiyəyə yardım məqsədi bir çox ölkələr texnika və canlı qüvvə göndərilib.

Can qardaşımızın yardımına ilk çatan və onlarla birlikdə alovlara atılanlar arasında biz də varıq. Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri öz fədakarlıqları, peşəkarlıqları ilə dost ölkənin rəğbətini qazana bilib. Yanğınsöndürənlər hər il peşə bayramları ilə diqqətləri üzərlərinə çəkirdilər, bu il isə öz qəhrəmanlıqları ilə göz önündədirlər. Bir zamanlar, yəni quzuların qurdlarla otladığı asudə, sakit dönəmlərdə yanğınsöndürən işinə o qədər də böyük meyl yox idi. Hətta rayon yerlərində bu peşəylə yaşlı adamlar “məşğul idilər”. Təxminən 20 il öncə rayonda 40,50 yaşlı iki qohumumun maaş axatirinə adlarını yanğınsöndürən kimi dövlət idarəsinə yazdırdıqlarını xatırlayıram. Amma bu gün vəziyyət başqadır. Bu peşənin qəhrəmanları gənclərdir , həm də fizİki hazırlıqları ilə diqqət çəkən güclü, cəsur igidlər.

Öncə onu deyək ki, FHN Dövlət Yanğın Nəzarəti Xidməti müvafiq beynəlxalq təşkilatlar və xarici dövlətlərin yanğın nəzarəti orqanları ilə öz səlahiyyətləri daxilində əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq hüququna malikdir.Heydər Əliyevin 2002-ci il 5 oktyabr tarixli Sərəncamı ilə hər il oktyabrın 10-u yanğınsöndürənlərin peşə bayramı kimi qeyd edilir. 100 il bundan əvvəl yaranan yanğın təhlükəsizliyi orqanları böyük inkişaf yolu keçib. Bu müddət ərzində maddi texniki baza gücləndirilib. 2008-ci ildə Azərbaycan Rusiyadan bir dəfəyə 12 ton su ehtiyatı toplamaq imkanına malik “Amfibiya” təyyarəsini aldı.Bu gün bu təyyarədən FHN-in balansında 2 ədəd var və birini qardaş ölkənin xidmətinə vermişik. Yanğın əlehinə "B-240ÇS" amfibiya təyyarəsi hərəkətdə ola-ola su ehtiyatı yığa bilmə xüsusiyyətinə malikdir. Təyyarə uçuşda olan zaman dənizə eniş edir və 1 dəqiqə ərzində lazım olan su ehtiyatını toplayır.

Yanğınsöndürənlər yanğın və ya təcili hadisə yerinə çağırdığımız, xüsusi alətlər və avadanlıqla təchiz edilmiş, təlim keçmiş mütəxəssislərdir. Onlar eyni zamanda təcili tibbi yardım göstərməyi də bacarıq və yardım edirlər. Hadisə yerində yanğınsöndürənlərin bir çox vəzifəsi var - suyun lazım olan yerə getməsini təmin etmək , bina və ya digər tikililərdə qapalı qalan qurbanları xilas etmək və ehtiyac olduqda təcili tibbi yardım göstərmək. Yanğınlara qarşı mübarizə onların əsas işi olsa da tez-tez ən müxtəlif, ən ağlagəlməz işlərlə məşğul olurlar. Kimsə qapı dalında bağlı qalır, quyuya düşür, hündürlüyə qalıxb geri düşə bilmir, ağac dirəyində ilişib qalır, barmağında üzük ilişib qalır, əli ət maşınında qalır vəs. Bütün bunlarda ilk növbədə yada düşən, yardıma gələn yanğınsöndürənlər olur. Yanğınsöndürən olmaq üçün hərbi xidmət keçmək vacibdir.

Amerikada yanğınsöndürənlərin illik qazancı $47,944 təşkil edir. Azərbaycanda yanğınsöndürənin aylıq maaşı 500-600 manat təşkil edir. Yanğınsöndürən olmaq üçün əsas tələblər zehni və fiziki hazırlıqlı; 18 yaş tamam olmalı, ünsiyyət qabiliyyətli; mexaniki biliklrə sahib olmalı;təcili tibbi yardım sertifikatına malik olmalı,komanda şəklində işləməyi bacarmalıdır.

Azərbaycan yanğınsöndürənləri tez- tez beynəlxalq təlimlərdə uğurla iştirak edirlər. Öz uğurlu fəaliyyətlərini hazırda Türkiyədə nümayiş etdirir, üzlərini bürüyən alovun hisi ilə üzümüzü ağ edirlər.

İlhamə

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› İstanbul səmasında qəribə görüntü: Tesla, yoxsa Voldemort - Video
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »