Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Narkotik bitki əkib-becərən polislərə atəş açıb
Narkotik bitki əkib-becərən polislərə atəş açıb

İmişli rayonunda narkotik tərkibli bitkilərin aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan şəxslərə qarşı RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayon polis şöbəsinə Ağaməmmədli kəndi ərazisində yerləşən çöllük sahədə külli miqdarda narkotik tərkibli çətənə kollarının əkildiyi barədə məlumatı daxil olub. Məlumatla əlaqədar dərhal həmin ərazi əməliyyat nəzarətinə götürülüb.

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən ərazidə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayonun Muradxanlı kənd sakini Rahib Hüseynov "iş başında" saxlanılıb.

Saxlanılan zaman R.Hüseynov odlu silahdan havaya atəş açaraq hadisə yerindən qaçmağa cəhd edib. Lakin onun bu cəhdinin qarşısı polis əməkdaşları tərəfindən operativ şəkildə alınıb.

Həmin əraziyə keçirdikləri baxış zamanı isə oradan təmiz çəkisi 10 kiloqram 200 qram olan qurudulmuş marixuana və xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 127 ədəd çətənə bitkisi, eləcə də bir ədəd müvafiq sənədləri olmayan "TOZ" markalı ov tüfəngi aşkar edilib.

Faktla bağlı R.Hüseynov barəsində İmişli RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
Son xəbərlər
Bütün xəbərlər »