Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Məclis Eldəniz Səlimovla bağlı hansı qərarı verməlidir...
Milli Məclis Eldəniz Səlimovla bağlı hansı qərarı verməlidir...

Milli Məclisin bir qrup deputatı iyulun 31-də spiker Sahibə Qafarovaya müraciət edərək,  Milli Məclisin növbədənkənar sessiyasının keçirilməsini istəyib.  Bizimyol.info-nun məlumatına görə, deputatların tələbi nəzərə alınaraq sabah Milli Məclisin iclası keçiriləcək. Gündəliyinə  polisi döyməsi ilə məşhurlaşan deputat  Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ daxil edilib.

Dünən deputat Eldəniz Səlimov etdiyi əmələ görə ilk növbədə dövlət başçısından, sonra ictimaiyyətdən üzr istəyib. Hesab edirəm ki, bu böyüklükdə bir məsələ sadə bir üzrlə qapanmamalıdır və əgər deputatın mandatı əlindən alınmazsa, bu Milli Məclisin böyük bir xətası olardı. Çünki bir deputatın   dövlət məmurunu, qanun mühafizəçisini döyməkdən ağır əməli kiməsə təcavüz etmək və ya qətl etməkdir. Gərək qatil ola ki, işindən   kənarlaşdırıla?  Deputatın cəzalanması  üçün  3 ciddi səbəb var,karantin qaydalarını pozulub, polisi döyüb ( o sadə vətəndaş olsa belə yenə də eyni cinayət sayılır) , bu halda isə polis Milli Məclisin deputatı tərəfindən təhqir olunub ki, bu parlamentin də adına ləkə gətirir və  nəhayət öz vəzifəsindən sui-istifadə edib. Əminəm ki, deputatlar toplaşıb xalqın ürəyindən keçən qərarı verəcəklər.

Bu məsələnin ört-basdır edilməməsinin bir səbəbkarı mətbuatdırsa, bir səbəbkarı da  daxili işlər naziri cənab Vilayət Eyvazovdur. Mən şəxsən ona minnətdarlığımı bildirmək istəyirəm. Nazir olaraq öz əməkdaşının arxasında dayandı, polis şərəfinin qorunmasının vacibliyini önə çəkdi.

Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material onun təşəbbüsü ilə Baş Prokurorluğa göndərildi.

Qeyd edək ki, hadisə ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.Prosedur qaydalarına əsasən, Baş Prokurorluq Milli Məclisə təqdimat göndərdikdən sonra, deputatın toxunulmazlıq hüququ götürülür. Deputatın mandatdan məhrum edilməsi üçün məhkəmənin qanuni hökmü olmalıdır. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

Xatırladaq ki, deputat Eldəniz Səlimov iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında polis nəfəri Zaur Mirzəyevi evindən çağıraraq döyüb. Hadisəyə səbəb Zaur Mirzəyevin bundan öncə restoranın karantin qaydalarını pozduğunu qeyd etməsi olub. Polis nəfəri Zaur Mirzəyev deputatın çağırışına cavab verərək onun yanına gələndə yəqin nələr baş verəcəyini ehtimal edib ki,bütün hadisələrin səs yazısını qeydə alıb və indi bu səsyazması məhkəməyə sübut kimi təqdim olunub.

E.Səlimov 2015-ci ildən Milli Məclisin deputatıdır.

İlhamə Rəsulova

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »