Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fəhlə iş yerində dəzgaha düşərək ölüb
Fəhlə iş yerində dəzgaha düşərək ölüb

Ağdaş rayonu ərazisində yerləşən şirniyyat istehsalı ilə məşğul olan müəssisədə ölüm hadisəsi baş verib.

Bizimyol.info xəbər verir ki, Ağdaş rayon prokurorluğundan verilən məlumata görə, iyulun 31-i saat 9 radələrində müəssisədə fəhlə işləyən, 1992-ci il təvəllüdlü Ülvi Sadıqovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Ülvi Sadıqov fəhlə kimi işlədiyi “Orelay” şirniyyat müəssisəsində iş zamanı ehtiyatsızlıqdan dəzgahın içərisinə düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində ölüb.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› Artıq mini sualtı gəmilərimiz də var
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
››› Rusiyanın hakim Vahid Rusiya Partiyası seçkilərdə qələbəsini elan edib
Son xəbərlər
Bütün xəbərlər »