Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
USAID Azərbaycanda Qadın Sahibkarlığının İnkişafına həsr olunmuş dəyirmi masanı təşkil edib
USAID Azərbaycanda Qadın Sahibkarlığının İnkişafına həsr olunmuş dəyirmi masanı təşkil edib

BAKI - USAID-in Özəl Sektorun İnkişafı Layihəsi çərçivəsində təşkil olunmuş “Azərbaycanda Qadın Sahibkarlığının Perspektivləri və Qadınların Milli Biznes Gündəliyinin Rolu” mövzusunda dəyirmi masada Oklahoma ştatının kənd təsərrüfatı katibi xanım Bleyn Artur və Oklahoma ştatının kommersiya işləri üzrə katibi cənab Skot Muller iştirak edib. Görüş zamanı iştirakçılar qadın sahibkarlığının təbliğatının əhəmiyyətini və qadınların üzləşdiyi çətinlikləri müzakirə ediblər və Qadınların Milli Biznes Gündəliyinin mövcud çətinliklərin vahid səslə ünvanladırılmasında rolunu vurğulayıblar.

Oklahoma tarixində ilk qadın kənd təsərrüfatı katibi Bleyn Artur qadınların kənd təsərrüfatına verdiyi töhfələrin çox vaxt diqqətdən kənarda qalmasını və bu töhfələrin qiymətləndirilməsinin artırılmasının vacibliyini vurğulayıb. “Hər iki ölkənin qarşılıqlı faydalı əməkdaşlığı çərçivəsində gələcək fürsətlərin dəyərləndirilməsi məqsədilə Azərbaycandakı biznes qadınları ilə əlaqələrin qurulması fürsətini qiymətləndirirəm” katib Artur qeyd edib. Katib cənab Muller xanım Arturun şərhinə əlavə edərək bildirib ki, iqtisadiyyatın diversifikasiya edilməsi kifayət deyildir və uzunmüddətli davamlılığı və iqtisadi böyüməni təmin etmək üçün işçi qüvvəsinin diversifikasiya edilməsi vacibdir.

USAID Azərbaycanda Qadın Sahibkarlığının İnkişafına həsr olunmuş dəyirmi masanı təşkil edib

USAID-in Özəl Sektorun İnkişafı Layihəsi çərçivəsində təşkil olunmuş dəyirmi masada Birləşmiş Millətlər Təşkilatı, Azərbaycanda Amerika Ticarət Palatası, Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası, Azərbaycan Kənd Qadınları Assosiasiyası, Azərbaycan Biznes Qadınları, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Gənc Mühasiblər İctimai Birliyinin nümayəndələri iştirak edib.

USAID Azərbaycanda Qadın Sahibkarlığının İnkişafına həsr olunmuş dəyirmi masanı təşkil edib

Sahibkar və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva qadın sahibkarlığı sahəsində elm və təcrübənin birləşmədiyini qeyd edərək daha çox qadının dünya biznesində rolunu artırmaq məqsədilə təcrübəli mentorların bu istiqamətə cəlb edilməsinin mühüm amil olduğunu bildirib.

USAID Azərbaycanda Qadın Sahibkarlığının İnkişafına həsr olunmuş dəyirmi masanı təşkil edib

USAID-in Özəl Sektorun İnkişafı layihəsinin (2019-2024) məqsədi qarşılıqlı tərəfdaşlıq və investisiya istiqamətlərini prioritetləşdirərək Azərbaycan iqtisadiyyatının dayanıqlığını artırmaq və sahibkarlar üçün daha əlverişli biznes mühiti yaratmaqdır. Layihənin diqqət mərkəzində duran əsas təşəbbüslərə qadınların iqtisadi fəaliyyətə cəlb olunması, o cümlədən kənd təsərrüfatı və təsərrüfat fəaliyyətlərinin genişləndirilməsi, Azərbaycanda özəl sektorun rəqabət qabiliyyətinin artırılması, sahibkarlığa dəstək xidmətlərinin potensialının artırılması və mikro, kiçik və orta sahibkarlığın inkişafında maneələrin azaldılması daxildir.

Bizimyol.info

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »