Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan Qaribaşvili ilə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatını müzakirə edib
Ərdoğan Qaribaşvili ilə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatını müzakirə edib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, söhbət zamanı İ.Qaribaşvili Türkiyədə baş vermiş meşə yanğınları nəticəsində həlak olanlara və dəyən zərərə görə Gürcüstan hökuməti və xalqı adından R.T.Ərdoğana başsağlığı verib. R.T.Ərdoğan öz növbəsində Gürcüstan Baş nazirinə göstərdiyi dəstəyə görə təşəkkür edib.

Məlumatda qeyd olunub ki, söhbət İ.Qaribaşvilinin iyunun 1-də Ankaraya baş tutmuş rəsmi səfərinə köklənib. Hökumət başçısı yüksək qonaqpərvərliyə görə Türkiyə Prezidentinə təşəkkür edib. R.T.Ərdoğan İ.Qaribaşvilini Türkiyəyə növbəti səfərini etməyə dəvət edib.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının inkişafının vacibliyi və perspektivləri barədə də söhbət aparılıb.

Paylaş »
››› Türkiyədə dolların məzənnəsi rekord həddə yüksəldi
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib
››› Səfəvi səfillər
››› Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”
››› Şarl Mişel "Şərq Tərəfdaşlığı" proqramının pozitiv təsirinin olduğu ölkələri açıqlayıb
››› DİN Bakıda məktəbin qarşısında baş verən insidentə münasibət bildirib
Son xəbərlər
Bütün xəbərlər »