Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ceyhun Bayramov: "Azərbaycan bundan sonra da Türkiyəyə hər cür yardıma hazırdır"
Ceyhun Bayramov: "Azərbaycan bundan sonra da Türkiyəyə hər cür yardıma hazırdır"

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, nazirlər Türkiyədə baş verən meşə yanğınları, yanğınların söndürülməsi əməliyyatları, habelə həyata keçirilən xilasetmə işləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Azərbaycan dövlət başçısının tapşırığı ilə Türkiyəyə göndərilən yardımla bağlı hər zamankı kimi, qardaş Türkiyənin yanında olduğumuzu qeyd edən nazir Ceyhun Bayramov bundan sonra da hər cür yardımı göstərməyə hazır olduğumuzu vurğulayıb.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› Rusiya Dövlət Dumasına seçkilərlə bağlı ilkin məlumat
Son xəbərlər
Bütün xəbərlər »