Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bürclər: 2 avqust, 2021-ci il – Soyuqqanlı olmaq lazımdır
Bürclər: 2 avqust, 2021-ci il – Soyuqqanlı olmaq lazımdır

Bizimyol.info 1 avqust, 2021-ci il tarixi üçün qoroskopu təqdim edir:

Qoç: Hakim planetiniz sizi ehtiyatlı olmağa çağırır. Bu gün məsuliyyətiniz artdıqca, gündəlik işlərə daha çox vaxt ayırmalısınız. Bəzi sağlamlıq problemləri və ruhi həssaslıqlar yarana bilər. Həzm sisteminizə diqqət yetirin. İşgüzar sahədə bəzi fikir toqquşmaları gözlənilir.

Buğa: Yaradıcılığınız, qabiliyyətiniz və prosesləri yönləndirmək tərziniz daha rahat olacaq. Sevgi münasibətləri və tanışlıqlar ön plana çıxacaq. Uşaqlarınızın həyatı və təhsili kimi vacib məsələlərlə məşğul ola bilərsiniz. Sərmayələriniz və ya yeni yatırım layihələriniz, səhm bazarı, xarici valyuta ilə bağlı risk etməyin, peşman ola bilərsiniz.

Əkizlər: Evdə yeniləmə işləri apara bilərsiniz. Məsələn, təmir aparmaq olar. Köçməyə hazırlaşanlar da bunu məhz bu gün etsələr, yaxşı olar. Həyat yoldaşınız və ya ailə üzvlərinizlə fikir ayrılıqları yarana bilər. Həmçinin valideynlərinizin bəzi problemləri, xüsusən də səhhətləri ilə bağlı problemlər günün ön planında yer ala bilər.

Xərçəng: Marsın hərəkət yolundan başqa həmçinin Merkuri planetinin də yeni mövqedə qərarlaşması maliyyə məsələlərini, borclarınızı və vaxtı çatmış ödənişlərinizi önə çəkə bilər. Münasibətlərdə psixoloji gərginliyin yaşanması mümkündür. Yaxın qohumlar və ya ailə üzvləri ilə əlaqələrdə diqqətli olmaq lazımdır. Ünsiyyət zamanı sərt leksikona meylli ola bilərsiniz. Səyahətə çıxa, yeni sazişlər bağlaya bilərsiniz. Amma yollarda ehtiyatlı olmağınız lazımdır. Xüsusən də sükan sizin əlinizdədirsə...

Şir: Əvvəllər uğur qazana biımədiyiniz sahələri yenidən gözdən keçirə və daha diqqətli şəkildə yeni cəhdlərə yol aça bilərsiniz. Maliyyə məsələlərində gəlirlərinizi artırmağın yeni üsullarını axtaracaqsınız. Maliyyə balansınız və vacib ödənişləriniz günün əsas məsələlərindən olacaq. Mars planetinin hərəkət trayektoriyası gəlirlərinizlə yanaşı, xərclərinizi də artıra bilər

Qız: Səma cisimləri dəyişiklik etmək istədiyiniz sahələrdə sizi dəstəkləyəcək. Ünsiyyət zamanı bir qədər tələskən və acıdil olmağınız mümkündür. Səhhətinizdə ciddi problemlər olmayacaq, amma qan dövranı ilə bağlı xroniki problemləri olanlar diqqətli olmalıdırlar. İşdə məsuliyyət çevrəniz genişlənə bilər ki, bu da davranışınızda daha ciddi olmağınızı tələb edəcək. Merkuri planeti gizli rəqiblərin sizi arxadan vura biləcəyi ilə bağlı xəbərdarlıq edir.

Tərəzi: Bu gün işgüzar həvəsiniz bir qədər səngiyəcək. Enerjili hərəkət etməkdə çətinliyiniz ola bilər. Bu üzdən yaxın gələcək üçün planlarınızda qarışıqlıq gözlənilir. Səhhətinizə həm psixoloji, həm də fiziki cəhətdən diqqətli yanaşın. Qan dövranı və həzmlə bağlı narahatlıqlar müşahidə oluna bilər. Bu üzdən də ünsiyyət zamanı bir qədər sərt ola bilərsiniz. Təmkininizi qoruyub saxlamağa çalışın ki, sonradan peşmançılıq yaşamayasınız.

Əqrəb: Yeni biznes qrupları yarada və ya başqalarına daxil ola bilərsiniz. Səyahətə çıxmaq da pis olmaz. Bu gün hərəkət etməyə həvəsli olacaqsınız. Amma başqalarının da əhvalını nəzərə alın – qanı qara olan adamlarla öz əhvalınıza uyğun olaraq şən zarafatlar etməyin. Acı cavab ala bilərsiniz ki, bu da münaqişələrə səbəb ola bilər. Münaqişələr yaranarsa, yumşaq davranmağa çalışın.

Oxatan: Karyeranızda yüksəliş qazana bilərsiniz. İş yerinizi dəyişmək istəyirsinizsə, bu gün bu istəyiniz gerçəklik ola bilər. Biznesdə yeni təkliflər versəniz, dəstək alacaq və tezliklə reallaşacaq. Əvvəllər hansısa şirkətə və ya dövlət qurumuna işə düzəlmək üçün müraciət etmisinizsə, bu gün müsbət cavab gözləyin. Amma vəzifəli şəxslərlə davranışınızda diqqətli olun – ilk görüşdə həddən artıq sərbəstlik əks-reaksiya doğura bilər.

Oğlaq: Marsın hərəkət yolu çoxdan ehtiyac duyduğunuz işgüzar həvəsi sizə qaytaracaq. Enerjili olacaqsınız, yeni layihələr axtaracaqsınız. Demək olar ki, bütün sahələrdə - biznes, təhsil, maliyyə, hüquq sahələrində təşəbbüskarlıq göstərə bilərsiniz. Lazımi şəxslərdən lazımi dəstəyi alacaqsınız.

Dolça: Mars planetinin aktivliyi sizi maliyyə işlərinə kökləyəcək. Maliyyə, bank, borclar və s. Bütün məsələlərdə arzuladığınız uğurları məhz bu gün yaxalaya bilərsiniz. Əmlak məsələlərinin də həlli bu gün ideal şəkildə baş tuta bilər. Amma uğur zolağının kənar təsirləri də var. Yolda müəyyən mərhələlərdə gözlənilməz ləngimələr yaranarsa, yaxınlarınızla və həmkarlarınızla münasibətlərdə gərginlik müşahidə olunacaq. Ona görə də uğura sahib çıxdığınız kimi, ləngimələrə də hazır olmalısınız.

Balıq: Hərəkət planınızı soyuqqanlı vəziyyətdə tərtib edin. Həyəcan halında verilən qərarlar sonradan məyusluq gətirə bilər. Ailə üzvlərinizin işində irəliləyişlər baş verəcək. Amma sənədləşmə işlrində ləngimələr mümkündür. Yupiterin öz yerini dəyişməsi  nəticəsində ətrafdakı insanlarda sizə qarşı diqqət azala bilər. Amma buna sakit yanaşın.

Bizimyol.info

Paylaş »
››› Qadınların qeybə çəkildiyi, uşaqların ac dolaşdığı şəhər - Video
››› İlham Əliyevi İranla bağlı açıq danışmağa vadar edən səbəblər
››› “Bir möcüzə baş verə, ev qapımız döyülə...” – Şəhid övladlarının ata həsrəti
››› 20 qəpiklik maska 50 qəpiyə: Qayğı, yoxsa fürsət...
››› Dünya böhrandan geri dönür: Yeni qaydalarla yola davam...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kadırov seçkilərdə dünya rekordu qazanıb
Son xəbərlər
Bütün xəbərlər »