Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bacadan tapılan məktub hamını heyrətləndirdi
Bacadan tapılan məktub hamını heyrətləndirdi

İngiltərədə köhnə bir evin bacasını təmizləyən işçilər yığılmış hisin içərisindən məktub tapıblar. Məktub şəhər sakinlərinin marağına səbəb olub.

Bizimyol.info xəbər verir ki, məktubda bir oğlanın illər əvvəl Şaxta babadan xəyalını qurduğu hədiyyələri istəməsindən bəhs edilir.

"Təcili" qeydi olan məktubda oğlan hədiyyə istəklərini belə sıralayıb: “Kovboy kostyumu, silah, şapka və daha çox şey”. Robert Krampton tərəfindən imzalanan məktubun sonunda deyilir: “Şaxta baba, bu mənim üçün kifayətdir. Sabah axşam görüşərik".

Maraqlısı odur ki, evin indiki sahibləri ailələrinin onilliklərdir bu evdə yaşadıqlarını və məktubun sahibi Kramptonun kim olduğunu bilmədiklərini söyləyirlər.

Ailə bu məktubun kim tərəfindən yazıldığını və hansı dövrə aid olduğunu araşdırmağa başlayıb və məlum olub ki, Şaxta babaya məktub yazmaq və Milad bayramında ocağın bacasına yapışdırmaq ölkədə Viktoriya dövrünə gedən bir ənənədir. Bu dövrdə istəklərini Şaxta babaya çatdırmaq istəyənlər məktubları ocaqda yandırır və mesajın ona sehrli şəkildə çatmasını arzulayırmışlar.

İndi isə hamı üçün maraqlıdır ki, görəsən, həmin balaca oğlan istədiyi hədiyyələri əldə edə bilibmi?

Məktubun yerləşdiyi evin sahibləri isə deyirlər ki, müəllifi tapılmayan bu tarixi məktubu çərçivəyə salıb divardan asacaqlar.

Leyla

Son xəbərlər
Bütün xəbərlər »