Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın "Su-35S" təyyarəsi qəzaya uğrayıb
Rusiyanın "Su-35S" təyyarəsi qəzaya uğrayıb

"Su-35S" təyyarəsi mühərrikdə yaranan nasazlıq səbəbindən qəzaya uğrayıb.

Bizimyol.info xəbər verir ki, TASS Rusiyanın Şərq Hərbi Dairəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu gün "Su-35S" təyyarəsi təlim uçuşu zamanı  mühərrikində yaranan nasazlıq səbəbindən Xabarovsk vilayəti ərazisində Oxot dənizinə düşüb.

Məlumatda bildirilir ki, pilot vaxtında təyyarəni tərk edə bilib. Dərhal axtarış qrupu onun axtarışına cəlb olunub və pilot sağ-salamat tapılaraq bazaya aparılıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur.

Şərq Hərbi Dairəsidə hadisənin araşdırılması üçün komissiya yaradılıb, təhqiqat başlanılıb.

Son xəbərlər
Bütün xəbərlər »