Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
FHN-nin daha bir yanğınsöndürmə qrupu Türkiyəyə yola düşür
FHN-nin daha bir yanğınsöndürmə qrupu Türkiyəyə yola düşür

Azərbaycanın yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti qrup yaxın saatlarda Türkiyəyə yola düşəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Bildirilir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu yaxın saatlarda qardaş Türkiyə Respublikasına yola düşəcək.

Yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 220 nəfər yanğınsöndürən və xilasedici daxildir.

Son xəbərlər
Bütün xəbərlər »