Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlik işə qəbulla bağlı imtahanların keçiriləcəyi vaxtı açıqlayıb
Nazirlik işə qəbulla bağlı imtahanların keçiriləcəyi vaxtı açıqlayıb

2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsi üzrə keçiriləcək təkrar test imtahanları ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bizimyol.info xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Avqustun 3-də Azərbaycan dili və ədəbiyyat, avqustun 4-də isə ibtidai sinif üzrə imtahanların təşkili nəzərdə tutulub.

Qeyd edək ki, ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat fənni üzrə təkrar imtahanlar üçün qeydiyyat 28-30 iyul tarixlərində həyata keçirilib və imtahanlarda yenidən iştirak üçün 4091 nəfər müraciət edib.

Son xəbərlər
Bütün xəbərlər »