Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Antalyada yanğınlar məhəllələrə də keçib
Antalyada yanğınlar məhəllələrə də keçib

Antalya Manavgat və Akseki rayonlarında meşə yanğınları ilə yanaşı, bəzi məhəllələrdə yanğınlar başlayıb. Fərqli ərazilərdə başlayan yanğınlar sürətlə yayılır və yaşayış məntəqələrini təhlükə altına alır. Manavgatda yanğınlara müdaxilə edən 2 işçinin həlak olduğu bildirilir.

Digər tərəfdən isə Prezident Ərdoğan öz Twitter hesabında yanğın bölgələrini “Ümumi həyat üçün fəlakət bölgəsi” elan edib:

“Millətimizin yaralarını sarımaq, zərərlərini qarşılamaq, imkanlarını əvvəlkindən daha yaxşı hala gətirmək üçün lazım olan bütün addımları atacağıq”...

https://twitter.com/RTErdogan/status/1421374268676395010?s=20

Bu gün Ərdoğanın yanğın bölgələrinə gedəcəyi də qeyd edilir. O, Marmaris və Manavgatda araşdırmalarda iştirak edəcək.

Qeyd edək ki, Muğlanın rayonlarında böyük əhatəli meşə yanğınlarını söndürmə işlərinə dəstək məqsədilə Azərbaycandan gələn 105 nəfərlik yardım qrupu yanğın bölgəsindədir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »