Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Parlamentdə “şellən, amma ilişmə” prinsipi
Parlamentdə “şellən, amma ilişmə” prinsipi

Milli Məclis qiymətlər qəfil qalxanda “qıqq” da eləmədi... İndi hörmətli millət vəkillərimiz polis əməkdaşına zor tətbiq edən deputat Eldəniz Səlimova görə təcili toplaşırlar. Növbədənkənar iclas təyin olunub.

Əlbəttə, mən bunu kiçik hadisə hesab etmirəm. Dövlət atributlarını daşıyan polis əməkdaşına qarşı bu cür hərəkət olmamalı idi. Təqsirsizlik prezumpsiyasını da nəzərə alaraq, bu barədə fikir bildirməyi məhkəməyə buraxıram.

Amma o deputat hansısa bir yetimi döyüb alçaltsa idi... Bəlkə də, belə bir səs-küy, təcili toplaşma olmaz idi. Necə ki, deputatlarımız dəfələrlə ölkəmizin müxtəlif təbəqələrini alçaldıblar.

Parlamentimiz müəllimləri aşağılayan, “gedib daş daşısınlar, fəhləlik etsinlər” deyənlər üçün təcili toplaşdı? Yaxud, indi o deputat həyatda yoxdur; ailəsinə ruzi qazanmaq üçün xaricə işləməyə gedən həmvətənlərimiz onun dilindən təhqir olunmuşdu... Milli Məclis nə tədbir gördü?

Tarif Şurası bir aydan bir xalqımızı təhqir etməklə məşğuldur... Reaksiya sıfır!

Görəsən, qanunverici hakimiyyətimizin gücü və iradəsi çatmır ki, Tarif Şurasının üzvlərini Milli Məclisə çağırıb, onlardan bu elədiklərinə görə hesabat istəsin? Soruşsun ki, bu xalqı niyə ələ salırsınız?!

Hamımız yaxşı bilirik. Tək deputatlarımız deyil, məmur və məmur övladlarının “kefnəqulu” həyatı hamıya məlumdur. Eyş-işrətlə məşğul olan tək Eldəniz Səlimov deyil ki... Yazıq bəlkə də ayda-ildə bir dəfə restoranda əylənmək istəyib, onda da əyləncənin “dozası qaçıb”.

Hansı deputata hansı restoranlar məxsusdur, çoxumuz yaxşı bilir. Kim hansı otellərdə dincəlir... Bu da xalq arasında yaxşı bilinən məlumatlardandır. Bəs niyə Milli Məclis belə əl-ayağa düşüb?

Neçə dəfə diqqət eləmişəm, sanki “xala, xətrin qalmasın” deyə, bir-iki dəfə parlamentdə tənqidi çıxışlar, təkliflər olub... Amma üstündən keçilib. Yenə də, hər kəs öz iş gününü bitmiş bilib dağılışıb... Problemlər yenə havada qalıb.

Görünür ki, bizim şanlı parlamentdə “şellən, amma ilişmə” prinsipi hökm sürür. Qanunverici orqanın öz yazılmamış qanunları da var. Görək, növbədənkənar iclasda nələr danışılacaq. Yenə danışıb, dağılışacaqlar. Hərə öz otelinə, öz restoranına...

Kim bilir, bəlkə, hansısa millət vəkili bu dəqiqələrdə öz “daça”sında “party” keçirir. Amma əsas odur ki, “radar”a düşməsin.

Rüfət Əhmədzadə, Bizimyol.indo

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Putin Ağasandyanı Rusiyanın KTMT yanında yeni daimi nümayəndəsi təyin edib
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
Son xəbərlər
Bütün xəbərlər »