Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Partiya sədrinin sürücüsü azyaşlı qızı döyüb
Partiya sədrinin sürücüsü azyaşlı qızı döyüb

Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlının sürücüsü azyaşlı qıza xəsarət yetirib.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə iyulun 29-da axşam saatlarında paytaxt ərazisində qeydə alınıb.

“Belə ki, sürücü Məmmədov Samir Həsən oğlu idarə etdiyi “Range Rover” markalı avtomobilə piyada qismində yaxınlaşan azyaşlı qıza zor tətbiq edib. Hadisədən əvvəl avtomobildə sərnişin qismində olan şəxs həmin azyaşlı ilə mübahisə edib. Daha sonra sürücü maşından düşərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib”, - deyə bildirilir.

Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsində təhqiqat aparılır.

Qeyd edək ki, hadisə ilə bağlı xəbər yayılandan sonra Xanhüseyn Kazımlının qızı Əsli Kazımova xəbər saytlarına zəng edərək xəbərin doğru olamdığını, onların belə bir maşınlarının və sürücülərinin olmadığını bildirmişdi.

Paylaş »
››› İki oğlu şəhid olan ananın şikayətinə cavab gəldi
››› "Region dünyanın barıt çəlləyinə çevrilib, partlayış bir qığılcıma bənddir"
››› “Yardımlının axundunu rayonda tapmaq olmur”
››› FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› Ərdoğan: "İğdırdan Azərbaycana yol çəkəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »