Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadın sürücü sərxoş halda qəza törətdi
Qadın sürücü sərxoş halda qəza törətdi

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Yol qəzası Füzuli küçəsində baş verib.

Aqil Abbasov idarə etdiyi “Raven” markalı avtomobillə hərəkətdə olan zaman onun qarşısına xanım sürücünün idarə etdiyi “Chevrolet” markalı avtomobil çıxıb və qəza baş verib.

Sürücü A.Abbasovun bildirdiyinə görə, “Chevrolet” qəfildən onun yoluna çıxıb. Xanım sürücünün sərxoş olduğu deyilir. Onun sərnişinlərindən biri xəsarət aldığı üçün əraziyə Təcili Tibbi Yardım Xidməti çağırılıb, sərnişinə ilkin tibbi yardım göstərilib.

Fakt Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırılır.(apa)

Son xəbərlər
Bütün xəbərlər »