Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın yeni ən zəngin insanı - Bezos liderliyi əldən verib
Dünyanın yeni ən zəngin insanı - Bezos liderliyi əldən verib

“Amazon” şirkətinin banisi Ceff Bezos dünyanın ən zəngin insanlarının reytinq siyahısına liderliyini itirib.

Bununla bağlı yeniliklər real zaman rejimi ilə yenilənən “Forbes Real-Time”ın siyahısında çıxıb.

Hazırda Bezosun sərvəti 192,4 milyard ABŞ dollar məbləğində qiymətləndirilir. Onun sərvəti bir gün ərzində 6,76 faiz və ya 13,9 milyard ABŞ dolları azalıb. Dünyanın ən zəngin insanlarının reytinq siyahısının lideri “Louis Vuitton Moët Hennessy” (LVMH) şirkətinin sahibi Bernar Arno olub. “Forbes”in versiyasına görə, onun sərvəti 192,9 milyard ABŞ dollarına çatır.

Siyahıda üçüncü yeri “SpaceX”-in rəhbəri, “Tesla”nın baş direktoru İlon Mask tutur. Onun sərvəti bir gün ərzində 2,2 milyard ABŞ dolları artıb və 179,4 milyard ABŞ dolları olub.

Bezosun sərvəti “Amazon”un səhmlərinin ucuzlaşmasına görə azalıb.(report)

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »