Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avqustda bürcləri nə gözləyir...
Avqustda bürcləri nə gözləyir...

Yayın böyük hissəsi geridə qalıb. İyul başa çatır, irəlidə avqust gəlir. Fəslin son ayını hər kəs yaxşı keçirmək istərdi. Görəsən, bürclər nə deyir? Bizimyol.info avqust üçün proqnozu nəzərinizə çatdırır.

Qoç – Ayın əvvəli fəal olacaq, potensiallarını ortaya qoymağa çalışacaqlar. Avqustun ilk günlərindən peşəkar planda uğur qazanacaqlar. Ayın sonunda yaxşı istirahət etməyə imkan yaranacaq.

Buğa – Ola bilər ki, ay yaxşı başlamayacaq. Ailədə söz-söhbət yarana bilər. Sadəcə, emosiyaları cilovlamaq lazımdır. İşdə hər şey qaydasında gedəcək. Maliyyə uğurları gözlənilir.

Əkizlər – İstənilən başlanğıc və kapital qoyuluşu üçün əla aydır. Avqustu istirahətə, güc bərpasına həsr etmək yaxşı olar. Yeni sevgi münasibətlərinin başlaması mümkündür.

Xərçəng – Payızın yaxşı keçməsinin istəyirsinizsə, avqustu boşa verməyin. Məhsuldar iş vacibdir. Amma yaxınlarla vaxt keçirməyi də unutmaq olmaz.

Şir – Bu bürcdən olanlar üçün də fəslin son ayı yaxşı keçəcək. Maliyyə vəziyyəti sabitləşəcək. Hətta böyük gəlir əldə etməsi də gözləniləndir. Avqustun sonunda dincəlmək yaxşı olar.

Qız – Ay pis başlasa, məyus olmağa dəyməz. Avqustun ortalarında sürprizlər olacaq. Gəlir də gözlənilir. Özünüzü qoruyun.

Tərəzi – Dəyişiklər gözlənilir. İşi, yaşayış yerini, hətta ölkəni dəyişmək olar. Karyera pilləkənində irəliləyiş mümkündür. Yaxşı qazanc da ehtimal olunur.

Əqrəb – Bu ay həm yaxşı, həm də arzuolunmaz hadisələrin baş verməsi mümkündür. Ezamiyyətə ehtiyac var. Ailədə fikir ayrılığı ola bilər. Özünüzü inkişaf etdirin.

Oxatan – Bütün ay yaxşı keçəcək. Başladığınız bütün işləri bitirin. İstənilən maliyyə əməliyyatları tövsiyə olunur. Gözlənilməz mənbələrdən pul gələcək.

Oğlaq – Bu bürcdən olanlara da avqust düşərli sayılacaq. Bütün işlər qaydasına düşəcək. Dincəlməyi unutmayın.

Dolça – Avqust sürprizlər hazırlayıb. Maraqlı adamla tanışlıq gözlənilir. Müsbət emosiyalar yaşanması ehtimalı böyükdür.

Balıq – İstirahət vaxtıdır. Ailə ilə birlikdə səfərlərə çıxmaq lazımdır. Sağlamlığınıza diqqət edin. Borca pul verməyin.

Son xəbərlər
Bütün xəbərlər »