Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə meşə yanğınlarında 1 nəfər həlak olub, 64 nəfər xəsarət alıb
Türkiyədə meşə yanğınlarında 1 nəfər həlak olub, 64 nəfər xəsarət alıb

Türkiyədə meşə yanğınları davam edir.

Marmaris Datça yolu meşə yanğını səbəbilə bağlanıb.

Qeyd edək ki, meşə yanğınlarının qarşısının alınması üçün 45 helikopter, 6 təyyarə, 280 su tankeri, minlərlə nəqliyyat vasitəsi və canlı qüvvə mübarizə aparır.

28-30 iyul tarixlərində Türkiyənin müxtəlif bölgələrində 81 meşə yanğını baş verib, onlardan 70-i lokallaşdırılıb.

Türkiyə Səhiyyə naziri Fəxrəddin Kocanın açıqlamasına görə, Manavgatda bu günə qədər yanğınlarda 3 nəfər həlak olub, 292 nəfər mülaicə edilərək evə buraxılıb və 16 nəfərin müalicəsi davam edir. Marmaris və Bodrumda baş verən yanğında 1 nəfər həlak olub, 3-ü əcnəbi olmaqla 64 nəfər xəsarət alan şəxsin 60-ı sağalaraq evə buraxılıb, 4 nəfər müalicəsi davam edir.

Xatırldaq ki, Türkiyənin 24 əyalətində meşə yanğınları başlayıb. Türkiyəyə yardım məqsədilə Ukrayna və Azərbaycandan qruplar göndərilib. Hatayda isə meşə yanğınlarının qrşısının alınması məqsədilə 31 oktyabra qədər meşə ərazilərinə giriş qadağan edilib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında bildirib ki, yanğınlarda evi yanan və zərər görən vətəndaşlara evləri yenidən tikilib veriləcək : “ Yanğınlardan təsirlənən hər bir vətəndaşımızn zərəri qarşılanacaq”.

AFAD-ın məlumatına görə, hazırda Antalya, Mersin, Osmaniyə,Adana və Muğlada meşə yanğınları ilə mübarizə davam edir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »