Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Türkiyədəki yanğınlarda xarici kəşfiyyatların da barmağı var”
“Türkiyədəki yanğınlarda xarici kəşfiyyatların da barmağı var”

İyulun 28-i və 29-da Türkiyənin 21 vilayətində baş verən 63 meşə yanğını nəticəsində azı 4 nəfər həlak olub, bəzi ərazilərdə yanğınlar hələ də davam edir.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Fövqəladə Hallar Nazirliyinə lazımi tapşırıqlar və göstərişlər verilib, ən qısa zamanda yardım dəstələri Türkiyəyə gedəcək.

Yanğının ən çox sıx olduğu Antalyanın Manavgat şəhərində 3, Marmaris şəhərində 1 nəfər həyatını itirib. Antalyada yanğının təsir etdiyi 183 nəfər xəstəxanaya müraciət edib. Bu, beynəlxalq səviyyəli terror əməlidir. Nəticəsi bizim üçün də təhlükəlidir. Məlumdur ki, PKK terroruna siyasi, logistik, maliyyə, hərbi-texniki və sair dəstək verən ölkələr var.

Türkiyənin böyük oynamaq cəhdlərinə cavab da sayıla bilər. Beynəlxalq terror təşkilatlarının ən böyük maliyyə mənbələrindın biri narkotik alveridir. Türkiyənin Əfqanıstanda möhkəmlənməsi isə istər PKK-nın, istərsə də digər maliyyə və silah sıxıntılarını artırır. Çünki terrorizmin əsas maliyyə mənbələrindən biri də narkotik ticarətidir.

Narkotik həm də bir silah kimi istifadə olunur və artıq Azərbaycan cəmiyyətində baş verənlər, gənclərimizin kütləvi şəkildə narkotikə qurşanması da oxuculara məlumdur. Türkiyədə baş verən geniş miqyaslı yanğınlar da, çox güman ki, rəsmi Ankaraya təzyiq vasitəsidir və eyni zamanda, ölkə iqtisadiyyatına zərbə vurmağa hesablanıb.

Yoxsa, bu yanğınlar sadəcə PKK-nın “qisas” əməliyyyatıdır və  arxasında heç bir xarici qüvvə  durmur?

Bu mövzuda Bizimyol.info-ya danışan təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirib ki, bu ekoloji terror aktının PKK tərəfindən törədilməsi şübhə doğurmur.

Ilham Ismayıl İlham İsmayıl

“PKK bundan əvvəl də Türkiyədə yanğınlar törətmişdi, amma belə miqyasda yox. Bu dəfə çox geniş miqyaslı, ekoloji terrorla qarşılaşdır. Burda məqsəd aydındır, Türkiyəyə zərbə vurmaq, cəmiyyətdə çaxnaşmalar yaratmaq, Türkiyənin əsas gəlir mənbələrindən biri olan turizmi məhv etmək. Təbii ki, mən xarici qüvvələrin də rolunu istisna etmirəm. Lakin burda hansısa konkret dövlətin adını çəkmək olmaz. Terror təşkilatları daim bu və digər ölkələrin xüsusi xidmətləri ilə əlaqədə olublar. Türkiyənin beynəlxalq siyasi proseslərdə fəal oyunçuya çevrilməsi bir çox xarici siyasi dairələri narahat edir. Ola bilər  ki, kimlərsə bu yolla Türkiyəyə müəyyən mesajlar vermək istəyirlər”, - deyə İ.İsmayıl vurğulayıb.

O qeyd edib ki, PKK-nın silahlanmasında Qərb dövlətləri xüsusi fəallıq göstəriblər: “Təsadüfi deyil ki, Ərdoğan ABŞ rəsmilərilə görüşdə hər dəfə onları PKK-nı maliyyələşdirməkdən çəkinməyə çağırır”.

Politoloq Elşən Manafovun da fikrincə, bu yanğınlar terror təşkilatlarının əlilə törədilən, mesaj və təzyiq xarakterli aktdır.

Elşən Manafov Elşən Manafov

“Türkiyə son illərdə Suriyada, Cənubi Qafqazda və Orta Asiyada fəal oyunçuya çevrilib. Ayrı-ayrı dövlətlər bu və digər vasitələrlə Türkiyəyə əngəl törətmək, problem yaratmağa çalışırlar. Türkiyənin maraqları yalnız Rusiya ilə zidd gəlmir. NATO-nun daxilində də Türkiyənin münasibətləri digər üzv-ölkələrlə elə yaxşı deyil. Fransa və Yunanıstan heç də Türkiyənin geopolitik arenada əsas oyunçuya çevrilməsini həzm etmirlər”, - deyə politoloq vurğulayıb.

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »