Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Jurnalistin cərraha qarşı şikayətinə Səhiyyə Nazirliyinin ekspertləri rəy verəcəklər
Jurnalistin cərraha qarşı şikayətinə Səhiyyə Nazirliyinin ekspertləri rəy verəcəklər

Tanınmış telejurnalist Günel Gözəlovanın həyat yoldaşı Anar Gözəlovun uroloq-cərrah Araz Bayramova qarşı iddiası üzrə növbəti məhkəmə prosesi keçirilib.

Nərimanov rayon Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi keçirilən prosesdə Anar Gözəlovun nümayəndəsi Günel Gözəlova, onların vəkili Elçin Sadıqov, qarşı tərəfdən isə Araz Bayramovun vəkili Asif Mədətov iştirak edib.

Məhkəmə iclasından sonra Bizimyol.info-ya danışan Günel Gözəlova bildirib ki, bu iclasda Araz Bayramovun vəkili müdafiəsini həm ona, həm də yoldaşına şər atmaqla icra edirdi.

“Sözünə guya mənim ötən məhkəmədə "belə hallar təəssüf ki, olur, bizim də başımıza təsadüfən gəldi"- dediyimə istinad edib, xanımının da dediyi kimi hər şey təsadüfdir, fakt o ki, xəstənin əməliyyat olunan böyrəyində heç bir problem yoxdur deyə bildirdi. Halbuki bu cür ifadə qətiyyən işlətməmişəm, işlətsəydim, bu məhkəmənin açılmasına səbəb nəydi deyə sualıma isə yenə də sadəcə söz yığınından ibarət, faktlara əsaslanmayan cavablar verdi.

Vəkilin daha bir şər xarakterli müdafiə "fakt"ına görə, guya əməliyyatdan öncə Anar Gözəlovun psixoloji problemləri olub. Sonradan bu cür ifadə işlətdiyini imtina etsə də, hörmətli vəkil çıxış etməmişdən öncə unutmuşdu ki, həyat yoldaşım əməliyyatdan 1 gün öncəyə qədər bir dövlət qurumunun nəzdində fəaliyyət göstərən müəssisədə məsul vəzifədə çalışıb və ixtisasca maliyyəçidir”, - deyə G.Gözəlova qeyd edib.

Bundan əlavə, Araz Bayramovun vəkili ötən iclasda hakim Vüqar Quliyevin tələb etdiyi əməliyyat video yazısını özünəməxsus səbəb gətirərək təqdim edə bilmədi. Vəkil ancaq ekstremal hallarda əməliyyatın video yazıya alındığını söylədi. Halbuki Anar Buta Klinikasında olduğu dövrdə dəfələrlə şəxsən mənə ehtiyyac olarsa sizə təqdim edərik, bizdə İT mütəxəssis kənardan gəlir, vacib olanda veririk videoları deyə Araz Bayramov bildirmişdi. Əməliyyatın 6 saata yaxın çəkdiyini heç bir fakt ortaya qoymadan yenə ancaq sözlə rədd etdi, hətta həmin gün orada mənimlə bərabər Anarın anası, bacısı, qardaşının həyat yoldaşı və mənim anamın olduğunu bilə-bilə. Yeri gəlmişkən deyim ki, Buta Klinikasının girişi, Stasionar şöbəsi və bufeti daxil, olduğum hər yerdə kamera görüntüsü çəkilirdi.

O qeyd edib ki, Anar Gözəlovun böyrək əməliyyatı Araz Bayramovun dediyinə görə maksimum 40 dəqiqə olmalıydı: “Halbuki xəstə səhər saat 10 radələrində hazırlığa alınır, 11:32-də köməkçisi Şəhlanın votsapıma yazdığına görə əməliyyata başlayan həkim axşam saat 17.45 radələrində bufetə xəstə yaxınlarına əlində bir qabda böyrək daşı ilə yaxınlaşaraq, əməliyyatın elə indicə bitdiyini deyir. Bunlar faktlardır, şahidlərsə sağdır. Ölü olan Araz Bayramovun vicdanı və videolentə alaraq sonradan yox etdiyi kadrlardır. Bir sözlə məhkəmədə ancaq sözlər “fakt” olaraq qarşı tərəfdən bizə sübut kimi təqdim olundu. Mənsə ölkəmin ədalət sisteminə və cənab hakimin verəcəyi vicdanlı qərara güvənib bu qeybəti dinləməyə məcbur qaldım. Məhkəmə prosesi tərəfimizdən ekspert rəylərinin alınması məqsədilə edilən təklifə məhkəmənin müsbət cavabı ilə qeyri-müəyyən vaxta ertələndi”.

Onun sözlərinə görə, işə düzgün hüquqi rəyin verilməsi üçün məsələni Səhiyyə Nazirliyi yanına Ekspertiza Şurasının mütəxəssisləri qiymətləndirəcək.

Xatırladaq ki, Anar Gözəlov səhhətində yaranan problemlərlə bağlı (kəskin böyrək ağrısı) Buta Klinikasında cərrah uroloq-androloq Araz Bayramova müraciət edib.

Adıçəkilən klinikada uroloq Araz Bayramovun təyinatı üzrə fevralın 18-də A.Gözəlov əməliyyat olunub. Əməliyyatdan ayılan kimi A.Gözəlovun səhhətində ciddi problemlər müşahidə olunub. Sonra aparılan müayinələr zamanı xəstənin əməliyyat zamanı ikitərəfli beyin infarktı keçirdiyi məlum olub.

Son xəbərlər
Bütün xəbərlər »