Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa ölkəsində karantin vaxtı ailələrin 27 faizi ayrılmaq təhlükəsi yaşayıb
Avropa ölkəsində karantin vaxtı ailələrin 27 faizi ayrılmaq təhlükəsi yaşayıb

Qlobal böhran Avropanı az silkələmədi. Hələ də qitənin əksər ölkələrində karantin rejimləri hökm sürür. Araşdırmalar avropalı ailələrin böhran üzündən ciddi sıxıntı yaşadığını ortaya qoyub.

Bizimyol.info xəbər verir ki, Fransa ictimai rəy institutu maraqlı tədqiqat nümunəsi barədə məlumat açıqlayıb. Araşdırmada bu ölkədəki ailələrin nəzərəçarpan hissəsinin karantin və komendant saatı günlərini ağır keçirdiyi məlum olub. Sorğuda iştirak edənlərin 27 faizi boşanmaq dərəcəsinə çatdığını bildirib. Kişilər həmin dönəmdə daha çox bezibmiş. Etiraf edənlərin 28 faizi kişi, 25 faizi qadın olub.

“Gənclər bu haqda daha çox düşünüb. 3003 nəfərin iştirak etdiyi sorğuda ayrılmaq fikrinə düşənlərin 50 faizi 30 yaşdan aşağı təbəqəyə aid olub. Cəmi 14 faiz 60 yaşını keçmiş şəxslər qrupunu təşkil edib”,- araşdırma materialında belə deyilir.

Qazancın azlığı kişilərin qərarına daha çox təsir göstərib. Aylıq gəliri 900 avrodan aşağı olan kişilərin 46, qadınların 35 faizi həyat yoldaşından ayrılmaq istəyirmiş. Qazanc çoxaldıqca qadınlar daha istəkli görünüb. Aylıq gəliri 2500 avronu keçənlərdə qadınlar (23 faiz) kişiləri (21 faiz) üstələyib. Ümumilikdə meqapolisdə yaşayanlar karantin rejimindən bölgə insanları ilə müayisədə nisbətən çox bezib.

Ayrılmaq fikrini daha çox üç məsələ yaradırmış: ünsiyyət çatışmazlığı, intim müstəvidə fikir ayrılığı və işlə bağlı stress. Ünsiyyət amilini qadınlar özünə xüsusilə dərd edib.

Həyat yoldaşından boşanmaq istəyənlərin 4 faizi hələ də fikrində qalır. Onların 12 faizi bundan sonra daha məsafəli davranmaq istərdi.

“Gender, seksuallıq və seksual sağlamlıq” sosial istiqamətinin direktoru Fransua Kraus maliyyə məsələlərinin ayrılmaq istəyində az rol oynamadığını bildirir. Onun fikrincə, boşanmaq hələ maddi vəziyyətin yaxşılaşması demək deyil. Bunu bir çox cütlüklər də anlayır. Kraus istənilən halda boşanma faizinin artacağını ehtimal edir.

Son xəbərlər
Bütün xəbərlər »