Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlansancma zamanı nə etmək lazımdır...
İlansancma zamanı nə etmək lazımdır...

Yay fəslinin təhlükəli tərəflərindən biri ilansancmalarıdır.

İlanlar aprel ayından aktivləşdiyi üçün apreldən iyul ayına qədər 40-dan çox vətəndaş ilansancma şikayəti ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib. Onların arasında uşaqlar da var. Ölüm halı isə qeydə alınmayıb.

İlansancma zamanı bəzən vətəndaşlar panikaya düşür, necə addım atacaqlarını bilmirlər. Həkim terapevt Məlahət Abbasova ilansancma zamanı vacib olan ilk yardım haqqında Bizimyol.info saytına məlumat verib:

“İlansancma yeri şişir, qızarır və göyərmə başlayır. İlan sancan şəxsdə ürəkbulanma, qusma, soyuq tər, nəfəs almada çətinlik və s. digər əlamətlər müşahidə edilməyə başlanır. Xəstəni həkimə aparana qədər ilk yardım mütləq göstərilməlidir. İlansancan şəxs panikaya düşdüyü üçün əvvəlcə onu sakitləşdirmək lazımdır. Sonra xəstəni uzandırmaq və yaradan zəhəri çıxarmağa çalışmaq lazımdır”.

Həkim qeyd edir ki, yarann üzərinə duzlu su ilə isladılmış və ya adi quru sarğı qoyulmalıdır. Bəzən yara yerinə sıxıcı sarğı qoyulur, yara yeri yandırılır. Yara yerində kəsiklər aparılır və buz qoyulur. Bu proseslərin edilməsi qəti qadağandır. İlansancan şəxs həkimə aparılmalı və nəzarət altında olmalıdır.

“Vaxtında müdaxilə edilmədiyi təqdirdə xəstənin vəziyyəti ağırlaşa bilər və ölüm baş verə bilər. Odur ki, ilansancan kimi dərhal ilk yardım göstərilməli və xəstə xəstəxanaya çatdırılaraq zərdab vurulmalıdır”- deyən həkim qeyd edib ki, digər zəhərli həşəratların sancması zamanı da ilk yardım göstərilməlidir.

Zəhərli həşəratlar arasında əqrəb ən təhlükəli həşarat hesab edilir. Belə ki, əqrəb sancan şəxsdə nəfəs almaq çətinlik, boğulma, udqunmada çətinlik, qıcolma və ya əzələ sıxılması, bədəndə şişkinlik, ayaqüstə durmada çətinlik varsa artıq bu xəstənin həyatının təhlükədə olması deməkdir.

Əqrəb sancması zamanı yara yeri sabunlu su ilə yuyulmalı və yara yerinə soyuq kompres edilməlidir.

“Bəzi Bakı kəndlərində əqrəb sancması tez-tez baş verir. Və insanlar bunu öz üsulları ilə müalicə etməyə çalışırlar. Yara yeri sıxılır, zəhər təmizlənir, xəstəyə bol maye verilir. Ancaq istənilən halda həkimə müraciət etmək vacibdir. Çünki xəstə onun hansı növ əqrəbin sancmasından xəbərsiz olur. Əqrəblərin növünə görə, zəhəri də fərqli olur. Bu səbəbdən də əqrəb sancması baş verdiyi zaman mütləq həkimə müraciət etmək lazımdır”- deyə M.Abbasova əlavə edib.

İlahin, Bizimyol.info

Paylaş »
››› Daha bir türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Səfəvi səfillər
››› Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »