Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polisi döyən sadə vətəndaşa nələr eləməz...
Polisi döyən sadə vətəndaşa nələr eləməz...

Qanunverici orqanın üzvü qanun keşikçisini döyüb. Hadisənin təfərrüatı açıqlandıqca deputatın etdiyinin vəzifədən sui-istifadə, məmur özbaşınalığı olduğunu düşünməkdən başqa bir şey qalmır.

Bizimyol.info-nun Manset.az-a istinadən məlumatına görə, bir müddət bundan əvvəl deputat tərəfindən döyülən Zaur Mirzəyev “Starıy Dvor” kafesinə gələrək kafenin saat 00:00-dan sonra fəaliyyət göstərməməsini xahiş edib. Hadisə baş verən gün gecə saat 00:45-də, deputat bir neşə dostu ilə bərabər özünə məxsus olan “Starıy Dvor” kafesində pivə içərkən Zaur Mirzəyevin atasına zəng edib, oğlunun yanına gəlməsini tapşırıb. Deputat yanına çağırdığı polisi şillələyib, təhqir edib, formasını cırıb. Polis bütün danışıqların səsini yazıb və məhkəməyə sübut kimi təqdim edib.

Eldəniz Səlimov Azərbaycanda diplomları tanınmayan bir universitet bitirib. Dağıstanda təhsil alıb, bununla belə 2 dəfə Milli Məclisə deputat seçilib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Xalqın səsi deyib seçilən (seçdiyimiz yox, məhz seçilən) deputatlar özlərinə hörmət qoymurlarsa, dövlətə, onun ciddi bir orqanına hörmət qoymalıdırlar. Milli Məclis tutduğu adın şərəfini qoruya bilməyənlərə qapı açmamalıdır. Ola bilər, lap polis də hansısa özbaşınalıq edib. Amma bunun cavabı polisi yatdığı yerdə evindən çağırıb döymək yox, qanun çərçivəsində ölçü götürmək, kameralardakı görüntülər əsasında şikayət vermək idi. Ölkədə hər imkanı, pulu olan polisi döyməyə qalxsa, gərək səsi heç yerə çatmayan sadə vətəndaşlar lap ayaq altında qala.

Yeni Azərbaycan Partiyası, MM-in İntizam Komitəsi bu məsləyə ciddi reaksiya göstərməyə borcludur. Biz deputatlara səsimizi onların bizi döyməsi üçün yox, haqq səsimizi çatdırmaları üçün veririk. Müharibədən, pandemiyadan çıxmış ölkənin deputatı ölkə polisinə qarşı belə davranmamalıdır. O polisə ki, Qarabağda şəhid verdi, o polisə ki, hər kəsin virus qorxusuyal evdə daldalandığı zaman o küçələrdə oldu, o polisə ki, canımızı ona həvalə etdik. Bu döyüşlərdə şəhid olan deputat eşitmədik, amma şəhid olan, vəzifə başında ölən, öldürülən polis eşitdik. Şəxsən bir vətəndaş olaraq mən qanuna deyil, qolunun gücünə, imkanlarına arxalanan bir deputatımızın olmasından utanc duyuram və özümü güvəndə hiss etmirəm.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »