Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Birinci Vitse-Prezident: "Türkiyə xalqının kədəri bizim kədərimizdir"
Birinci Vitse-Prezident: "Türkiyə xalqının kədəri bizim kədərimizdir"

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün sosial şəbəkə hesabında Türkiyədəki meşə yanğınları ilə bağlı paylaşım edib.

Bizimyol.info xəbər verir ki, paylaşımda deyilir:

"Türkiyə regionlarında baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım.

Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını arzulayıram.

Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!".

Son xəbərlər
Bütün xəbərlər »