Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cins şalvar geyindiyi üçün döyüldü, körpüdə asılı tapıldı
Cins şalvar geyindiyi üçün döyüldü, körpüdə asılı tapıldı

Hindistanda dəhşətli hadisə baş verib.

Bizimyol.info xəbər verir ki, cins şalvar geyindiyinə görə ailə üzvləri tərəfindən döyülən qız körpüdə asılmış vəziyyətdə tapılıb.

Anası açıqlaması zamanı bildirib ki, bir neçə gün əvvəl qız atası və əmiləri tərəfindən dəhşətli şiddətə məruz qalıb. Vəziyyəti ağırlaşdığı üçün onu xəstəxanaya aparıblar. Lakin ailə üzvlərindən heç birinin onun yanında qalmasına icazə verilməyib. Səhərisi gün isə qız körpüdən asılmış vəziyyətdə tapılıb.

Hadisə ilə bağlı qızın atası da daxil olmaqla, 4 ailə üzvü saxlanılıb.

Qeyd edək ki, Hindistanın bəzi bölgələrində, qadınların geyiminə, getdikləri yerlərə və söhbət etdikləri insanlara müdaxilə hədsiz çoxdur. Bu səbəbdən də çox sayda ölümlə nəticələnən şiddət hadisəsi qeydə alınır.

Leyla

Son xəbərlər
Bütün xəbərlər »