Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı

“Bu səhlənkarlıq və təsadüf deyil, bu yanğınların arxasında qəsd dayanır. Ən məhsuldar torpaqlarımız alovlar içindədir. Qəsdin arxasında Yunanıstan dayanır”. Bu fikirləri təqaüddə olan admiral Cihat Yayçı səsləndirib.

“Türkiyənin böyük bir hissəsini eyni vaxtda bürüyən yanğınların sadəcə bir yanğın hadisəsi deyil, bir terror-sabotaj planı, bir "Hibrid müharibə" cəhdidir. Burada bir sui-qəsd planının olduğu görünür. Dövlət ciddi bir Yunan-PKK terroruyla qarşı-qarşıyadır",- deyə o pərdəarxasındakı gizlinlərə işıq tutub.

Cihat Yayçı Cihat Yayçı

“Bu gün Yunan-PKK terroruyla qarşı-qarşıyayıq. Yanğının çıxdığı bölgələr təsadüfi seçilməyib. Terrorçular Yunanıstandakı düşərgələrdə yetişdirilir. SETA-nın hazırladığı hesabata görə, meşə yanğınlarının başladığı ilk dönəmlərdə Yunanıstandakı düşərgələrdə həm ideoloji , həm də partlayıcı hazırlamaq kimi texniki mövzularda təlim keçən terrorçular Türkiyənin məhz turizm bölgələrində yanğın çıxardıblar. 1994-cü ildən etibarən PKK məhz bu mübarizə metodundan istifadə edərək ölkə iqtisadiyyatına külli ziyan vurur.

1995-ci ildə terrorçular tərəfindən 950 hektar meşəlik yandırılıb. Bunun nəticəsində hökumət böhran komitəsi yaradaraq, meşələrin giriş-çıxışını kontrol altına alıb. Xüsusən Ege , Akdeniz, Antalya, Manavqat, Belek hədəfə alınmışdı və bu ərazilərdə bir gecədə ümumilikdə 800 hektar yandırılmış, 2 nəfər həlak olmuşdu.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »